Məhkəmə qərarları › İş №3(042)-172/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-172/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-172/2022 21.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsininni tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 247.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-172/2022 saylı qərarına əsasən, X3 şikayəti təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 3(104)-485/2022 saylı qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-172/2022 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Gədəbəy rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. X5 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi avtomobil yolunun kənarında, ona paralel olaraq yerləşir. Həmin evə və torpaq sahəsinə dair isə rəsmi sənədləri vardır. Ona məxsus evi qarşısında təsərrüfat işləri ilə məşğul olmağı üçün yardımçı sahə inşa etdirmişdir. Həmin vaxt isə ev tikdirməyin qanunsuz olması və tikintinin dayandırılması barədə ona heç kəs nə xəbərdarlıq, nə də ki, bildiriş verməmişdir. O, tikilini yekunlaşdırdıqdan sonra isə Əmlak İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları xəbəri olmadan 27 may 2022-ci il tarixdə tikiliyə baxış keçirmişlər və onu xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə 300 manat cərimələmişlər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları ona məlumat vermədən və iştirakı olmadan onu cərimə etmişlər. Bu barədə ona inzibati xəta haqqında protokol və cərimə qərarları rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi, X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 özünə məxsus həyətyanı torpaq sahəsində yaşayış ərazisində qeyri yaşayış binası tikmişdir. Ona görə də, X3 barəsində İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərarından şikayət verilmiş şəxsi dinləyib, şikayəti və toplanmış materialı araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, materiala əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 247.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Materiala əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonunun Dəyirmandağ kəndində yerləşən 0.18 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda 0.18 ha torpaq sahəsinin kateqoriya baxımından yaşayış məntəqələrinin torpaqlarına aid olması qeyd edilmişdir. Materiala əlavə edilmiş sözügedən tikilinin foto şəkillərdən görünür ki, tikili qeyri yaşayış təyinatlıdır. Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-172/2022 saylı qərarına əsasən, X3 şikayəti təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 3(104)-485/2022 saylı qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-172/2022 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Gədəbəy rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respiblikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 3(104)-485/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, 0.18 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi olması barədə Nizami İsmayılovun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda heç bir məlumat yoxdur. Həmin çıxarışda 0.18 ha torpaq sahəsinin yalnız yaşayış məntəqələrinin torpaqlarına aid olması barədə qeyd mövcuddur ki, bu kateqoriyaya aid torpaqların mütləq şəkildə həyətyanı torpaq olması barədə nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmiş hallarla razılaşaraq qeyd edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Nizami İsmayılova məxsus olan torpaq sahəsi yalnız yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsidir. Nizami İsmayılov tərəfindən isə həmin torpaq sahəsində qeyri yaşayış sahəsinin inşa edilməsi işdə olan foto şəkillərlə və digər sübutlarla öz təsdiqini tapır. Eləcə də, Nizami İsmayılov ona məxsus torpaq sahəsində qeyri yaşayış sahəsinin inşa edilməsini təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi X1 əməlində İXM-in 247.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar