Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-172/2023 16.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, xx.xx.1986-ci ildə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3094/2016 saylı qətnaməsinə əsasən, 06 may 2016-cı il tarixdə başlayaraq 18 avqust 2007-ci il təvəllüdlü Araz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 60 manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və 24 oktyabr 2016-cı il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3094/2016 saylı qətnaməsinə əsasən, 06 may 2016-cı il tarixdə başlayaraq 18 avqust 2007-ci il təvəllüdlü Araz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 60 manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 verilməlidir. Özü Gədəbəy rayonu Böuük Qaramurad kəndində qeydiyyatda olmasına baxmayaraq, Şəmkir rayonunda ayı 60 manat olmaqla kirayədə yaşayır. Fəhləliklə məşğul olur. Günü otuz manata fəhləlik edir. Bir gün işləyir. Bir neçə gün iş olmur. İcra sənədi barədə məlumatı var, lakin indiyədək icra şöbəsinə çağrılmayıb. Keçmiş arvadı başqa şəxslə ailə qurub, ona görə də aliment vermək istəmir. Həmçinin uşağı onunla görüşməyə qoymurlar. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3094/2016 saylı qətnaməsinə əsasən, 06 may 2016-cı il tarixdə başlayaraq 18 avqust 2007-ci il təvəllüdlü Araz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 60 manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və 24 oktyabr 2016-cı il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu borcundan heç bir ödəniş etməmişdir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3094/2016 saylı icra sənədlərini üzrsüz icra etmir və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarların icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 16 may 2023-cü il tarixdən, saat 16:30dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-172/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-172/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver