Məhkəmə qərarları › İş №3(042)-174/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-174/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-174/2022 23.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 334.2 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahat verərək, bildirmişdir ki, 18 iyun 2022-ci il tarixdə saat 22:17 radələrində idarə etdiyi HYUNDAY TUCSON markalı xxxxxxx nömrə nişanlı yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış, sərxoş olduğu və avtomobili texniki baxışdan keçirmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, xx.xx.2022ci il tarixdə Şəxs alkoqol faizi 2.565 %, orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 3(042)-285/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 334.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinmiş, ona 05 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilmiş, həbsdə saxlamanın əvvəli 25 oktyabr 2021-ci il tarixdən, saat 1100dan hesablanması qərara alınışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə görə Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 32.1-ci maddəinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məcəllənin 32.2-ci madəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Аzərbaycan Respublikası İXM-nin 329.3, 334.2 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir və o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını, nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddində həbs inzibati tənbehinin növünün təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 334.2 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsin təqsirli bilinsin və ona Azərbaycan Respublikası 334.2-ci maddəsinə əsasən 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 23 iyun 2022-cu il tarixdən, saat 1730-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 iş günü müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar