Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-174/2024 25.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(104)-2910/2018 saylı icra sənədinə əsasən Şəxs və X4, onların ailə üzvləri X2, X7, X5 və X6 tələbkar X1 məxsus ümumi sahəsi 24 kv.m olan Liter “A” yaşayış evi və ümumi sahəsi 97.35 kv.molan Liter “B” yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalı və borclular tərəfindən kələm əkini üçün tikilmiş istixanalar X1 məxsus həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İnzibati xəta haqqında materialdan məlum olur ki, icra sənədinin mahiyyəti borcluların tələbkara məxsus əmlaklardan çıxarılmasından ibarətdir. İcra sənədinin icrası ilə əlaqədar 16 may 2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları icra yerində olmuşlar və bununla bağlı akt tərtib etmişlər. Həmin aktda borclunun mübahisəli əmlakları istifadə etməsi, borcludan mübahisəli əmlaklardan çıxması bildirilməsinə baxmayaraq həmin əmlaklardan çıxmaqdan imtina etməsi qeyd edilsə də, borclunun icra sənədinin icra edilməsinə hansı maneələri törtəməsi, borclunun əmlaklardan çıxarılması üçün hansı məcburi icra tədbirlərinin və hərəkətlərin edilməsi aktda öz əksini tapmamış, eləcə də, məcburi icra tədbirləri zamanı icra sənədinin icrası üzrə maneələrin aradan qaldrıılması üçün hansı tədbirlərin görülməsi qeyd edilməmiş, akta video çəkiliş aparılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında materiala borclunun mübahisəli əmlaklardan çıxarılması üçün məcburi icra tədbirlərinin görülməsini təsdiq edən sübutlar əlavə edilmişdir. Göründüyü kimi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən icra sənədinin icrası ilə əlaqədar məcburi icra tədbirlərindən istifadə edilməmiş, borcluların mübahisəli əmlaklardan məcburi şəkildə çıxarılması məqsədi ilə müvafiq hüquq-mühafizə orqanlarının dəstəyindən istifadə edilməmiş, görülmüş icra tədbirləri formal xarakter daşımışdır. Ona görə də, materiala dərhal baxılması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-174/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-174/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver