Məhkəmə qərarları › İş №3(042)-174/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-174/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-174/2025 21.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 iştirakları ilə xx.xx.2001-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Cəfərov X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru rəisi X4 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli icra sənədləri Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Hazırda borclunun X2 16289 manat və 8650 manat, X6 8720 manat borcu vardır. Tələbkarlar borclarının ödənilməsini tələb edir. Ona görə də o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında borclu Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinə əsasən X2 16289 manat və 8650 manat, X6 8720 manat ödəməlidir. Borcundan ödənişlər etməmişdir. Hazırda yaranmış borcu ödəmək imkanı yoxdur. Maddi vəziyyəti ilə əlaqədar borcundan qismən ödənişlər etmişdir.Bundan sonra borcundan 150 manat X1, 100 manat isə X6 hər ay ödənişlər edəcəkdir. Ona görə də barəsində qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. İşdə olan xx.xx.2025-ci il tarixli icra sənədinin bir icratda birləşdirmə qərardan görünür ki,Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il,xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixli icra sənədələri bir icraatda birləşdirlimişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Cəfərov X7 Axtarış işi açılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bələliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cəfərov X9 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Cəfərov X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 21 iyun 2025-ci il tarixdən, saat 1440-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar