Məhkəmə qərarları › İş №3(042)-175/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-175/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-175/2021 13.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov tərəfindən qəbul edilmiş 03.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 RPŞ-nin 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu Hümbətov Elşən bir neçə il öncə öz xalası nəvəsi Vahidə adlı xanımla ailə həyatı qurmuşdur. Ailələrində heç bir narazılıq olamamış, lakin gəlinin anası Validəni özü gəlib evlərindən məcburi qaydada aparmışdır. Bundan sonra Validənin atası Əli onun oğlunu gördüyü yerdə döyərək təhqir etmişdir. Həmin şəxs oğlu Elşəni birdə döyəndə o məcbur olaraq DİN-nin 102 xidmətinə zəng vuraraq həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Əlinin həyat yoldaşı Rəna onun ictimai yolla getdiyini görüb onu söyüb təhqir etmişdir. Oğlu Elşən ağır kəllə-beyin travması almış və açıq beyin əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra isə “sudurqa” özündən getmə əlamətləri qalmışdır. Ona görə də Əli onun oğlunu döydüyü zaman DİN-nin 102 xidmətinə məcburiyyət qarşısında qalaraq zəng edərək həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir. Lakin şikayət əsasında qarşı tərəfin dindirilməsi və ya həmin şəxslər barəsində tədbir görülməsi barədə onda məlumat yoxdur. Bütün bunlara baxmayaraq qarşı tərəf barəsində tədbir görülməsi əvəzinə DİN-nin 102 xidmətinə bilə-bilə yalan məlumat verməsinə görə barəsində protokol tərtib olunmuşdur. Onun maddi imkanı aşağıdır. Ona görə də barəsində olan inzibati qərar əsassızdır və həmin qərarı ləğv edilməsini xahiş edir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şikayət vermiş şəxs X4 və inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, şikayət vermiş şəxsin və inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi, Mehman Həşimovun 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X4 24.10.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə bilə-bilə yalan məlumat verdiyinə görə İXMin 564-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 rayon Polis şöbəsinin rəisi, Mehman Həşimov tərəfindən İXM-in 564-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X3 İXM-in 564-cü maddəsi ilə cərimə edilməsinə dair 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X1 24.10.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə bilə-bilə yalan məlumat verilməsi göstərilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətinin və onun əsasında toplanmış materialın Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi xahiş olunsa da Gədəbəy RPŞ tərəfindən məhkəməyə X3 DİN-nin 102 xidmətinə bilə-bilə yalan məlumat verilməsini təsdiq edən heç bir material daxil olmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərardan şikayət vermiş şəxs məhkəməyə gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də X3 əməlində İXM-nin 564-cü maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır və hesab edir ki, bu hallar X3 bilə-bilə yalan məlumat verməsi qənaətinə gəlməsini şübhə altına alır. Bu da onu göstərir ki, X7 oğlunun əməlində İXM-in 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X7 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi, Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında 03.02.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X7 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar