Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-175/2024 22.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxs MMC-nin İXM-in 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati xəta haqqında işlə bağlı məhkəməyə mülahizə təqdim etmiş və mülahizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 26 aprel 2024-ci il tarixli 10-1/02-81 nömrəli məktubla 2022-ci il üzrə maliyyə hesabatlarını audit etdirən təşkilatların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. X1 Cəmiyyətinin adı həmin siyahıya daxil edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet səhifəsində yerləşdirilmiş məcburi auditdən keçmiş təşkilatların elektron siyahısında həmin təşkilatın adi mövcud deyildir. (Çıxarış məhkəməyə göndərilən məktuba əlavə edilmişdir). Qeyd olunanların aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi X1 Cəmiyyətlərinə bildiriş göndərməklə təşkilatlara 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə müvafiq tarixdə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağını bildirmişdir. Eyni zamanda təşkilatın 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar audit rəyinin mövcud olduğu təqdirdə həmin rəyin məktubda qeyd olunan tarixədək elektron poçt vasitəsilə Maliyyə Nazirliyinə göndərilməsi xahiş edilmişdir. Lakin təşkilat Maliyyə Nazirliyinə həmin auditor rəyini və ya məcburi auditdən keçməməsini əsaslandıran hər hansı bir sənədi təqdim etməmişdir. Göstərilənlərə əsasən nəzərinizə çatdırırıq ki, illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Protokolun əsli Maliyyə Nazirliyinin müvafiq müşaiyət məktubu ilə baxılmaq üçün Gədəbəy Rayon Məhkəməsinə, Protokolun surəti isə Maliyyə Nazirliyinin müvafiq müşaiyət məktubu ilə X1 Cəmiyyətinə göndərilmişdir. İnzibati xəta haqqında materialda olan protokoldan görünür ki, 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxs MMC-nin barəsində İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında materialda olan https://www/audit.gov.az internet sayıtından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən audit cəlb edilmiş və sərbəst auditor X2 tərəfindən xx.xx.2022-ci il tarixli, Odbg39Uol8 nömrəli müsbət audit rəyi verilmişdir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazır ki inzibati xəta haqqında iş üzrə Şəxs MMC-nin əməlində ona istinad edilən İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün auditor cəlb etməməli, bununla da məcburi auditdən yayınmalıdır. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasında iştirakı və 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin təqdim edilməsi ilə bağlı 29 may 2024-cü il tarixli bildiriş ünvanlansa da, həmin bildirişin barəsində inzibati xəta haqqında icraata aparılan şəxsə göndərilməsini və çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında materialla müəyyən olunur ki, Şəxs MMC (VÖEN **********) tərəfindən audit cəlb edilmiş və sərbəst auditor X2 tərəfindən xx.xx.2022-ci il tarixli, Odbg39Uol8 nömrəli müsbət audit rəyi verilmişdir. Odur ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün audit cəlb edilmiş və bununla bağlı müsbət audit rəyi verilmişdir. Şəxs MMC-nin əməlində İXM-nin 464-cü maddəsinin tərkibinin olması sübuta yetmir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xataların tərkibi yoxdur. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-175/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-175/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver