Məhkəmə qərarları › İş №3(042)-176/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-176/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-176/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, X1 rayon porkurorluğuna ərizə ilə müraciət edərək, Şəxs məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi müqabilində ondan əvvəlcə 50 manat, daha sonra 40 manat pul istənilərək aldığını, daha sonra Şəxs müxtəlif bəhanələrlə gətirilərək qərardan apellyasiya şikayəti vermədiyini bildirmiş, Gədəbəy rayon porkurorluğunda bununla bağlı araşdırma aparılmış və sübuta yetirilmişdir ki, Əkbərov X2 Ayət Azad qızının etibarından suistifadə etməklə sonuncudan 2022-ci ilin oktyabr ayında 50 manat apellyasiya şikayəti verilməsi üçün rüsum pulunu kimi və apellyasiya şikayəti verilməsi üçün ərizə yazmadığı halda 40 manat zəhmət haqqı kimi almaqla ümumilikdə 90 manat pul vəsaitini talamışdır. Gədəbəy rayon porkurorluğunun 18 may 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək hesab edir ki, hakim özü-özünə etiraz etməli və inzibati xəta haqqında iş başqa birinci instansiya məhkəməsinə verilməsi məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 108.1-ci maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Həmin Məcəllənin 107.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs 24 iyul 2017-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək Gədəbəy rayon Məhkəməsinin hakim köməkçisi vəzifəsində işləmiş və Şəxsla işə baxan hakim (sədr) arasında işəgötürən və işçi münasibətləri olmuşdur. Belə olan halda isə Şəxs barəsində olan hazırki inzibati xəta haqqında işə Gədəbəy rayon Məhkəməsində baxılaraq sonuncunun barəsində qəbul ediləcək qərarın obyektivliyinə və işə baxan hakimin dolayısı ilə işin həllində maraqlı olmasına şübhə yarada bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Gədəbəy rayon Məhkəməsində məhkəmənin sədri, hakim Marif Kazımov tərəfindən baxılmasına özüözünə etiraz edilməli və inzibati xəta haqqında işin başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107 və 108-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Gədəbəy rayon Məhkəməsində məhkəmənin sədri, hakim Marif Kazımov tərəfindən baxılmasına özü-özünə etiraz edilsin və inzibati xəta haqqında işin başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar