Məhkəmə qərarları › İş №3(042)-177/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-177/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-177/2024 01.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4999/2022 saylı icra sənədinə əsasən, 5300 manat məbləğində pul vəsaiti və 73 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, icra məmuru borclu Şəxs qərəzli olaraq məhkəmə qətnaməsini icra etmədiyini və məhkəmə qərarının icrası ilə bağlı icra məmrunun qanuni tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək souncunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə versə də, icra məmuru borclunun qətnaməsinin icrasından qərəzli olaraq yanınmasını heç cür əsaslandırmamış və bununla əladədar protokola hər hansı sübut əlavə etməmişdir. Eləcə də, borclunun borc məbləğinin yönəldilə biləcəyi hər hansı əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Təqdim edilmiş inzibati xəta haqqında materialla icra sənədinin icrası üzrə hər hansı məcburi icra tədbirinin həyata keçirilməsi görünmür. Həmçinin borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq protokola əlavə edilsə də, həmin bildiriş və xəbərdarlığın borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən borclunun icra sənədlərinin icrasından qərəzli olaraq yayınması qənaətinə gəlinməsi mümkün deyildir. Ona görə də, materiala dərhal baxılması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar