Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-179/2022 25.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 500 manat inzibati qaydada cərimə edilmişdir. Lakin o, ev tikdirərkən öz torpaq sahəsində ev tikdirmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları onun ev tikdirdiyi torpaq sahəsinə gəlmiş və ondan torpaq sahəsinə və fərdi yaşayış evinə dair sənədləri istəmişlər. Bu zaman ona heç bir inzibati qaydada cərimə yazılmamışdır. Lakin 2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları onu şöbəyə dəvət etmişlər və Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli qərarı ilə barəsində 500 manat inzibat cərimə olmasını bildirmişlər. O, həmin qərarı xx.xx.2022-ci il tarixdə əldə etmiş və ondan məhkəməyə şikayət vermişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını, işdə olan sənədləri əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin izahatı ilə müəyyən edilmişdir ki, X6 özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirərkən Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə gəlmiş və X4 inzibati qaydada cərimə etmişlər. Lakin Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarının X3 verilməsi iş materialları və icra işi ilə öz təsdiqini tapmamışdır. Qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün sübutlar təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy Rayon İcra Hakimiyyətinin 23 noyabr 2017-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-179/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-179/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver