Məhkəmə qərarları › İş №3(042)-18/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-18/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-18/2023 26.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan X9 barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X6 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İşdə olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, X5 21065 markalı, ** BG *** dövlət qeydiyyat qeydiyyat nömrə nişanlı avtomobillə Novo Saratovka-Gədəbəy avtomobilinin yolunun Gədəbəy rayonu Qızıltorpaq kəndi ərazisində həmin kəndin mərkəzi istiqamətində hərəkətdə olarkən Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı və avtomobilin dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu tələblərə riayət etməyərək qaranlıq hava şəraitində döngəli asfalt yolda idarəetməni itirməsi nəticəsində idarə etdiyi avtomobil onun hərəkəti istiqamətində yolun sol tərəfinə doğru istiqamətlənməklə yoldan çıxaraq yol kənarındakı daş parçalarına və ağaca çırpılması nəticəsində X2 başın və sol qaş nahiyyəsinin sıyrıqları, qaş arası nahiyyənin, burunun əzilmiş-sıyrılmış yaraları, X1 qaş nahiyyəsinin əzilmiş yarası və sağ göz ətrafı yumşaq toxumaların qançırı, X3 sol gözün üst qapağının əzilmiş səthi yarası və qançırı, sol 9-cu qabırğanın yer dəyişməyən sınığı ilə nəticələnən ehtiyyatsızlıqdan həmin şəxslərin sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi var. Məhkəmə, X6 əməlindən səmimi peşman olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 törətdiyi əməlin ağırlıq dərəcəsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və 200 manat miqdarında cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar