Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-18/2025 15.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 və X3 iştirakları ilə xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Şəkərbəy kənd sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy şəhərində yaşayır. 14 yanvar 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evə gedərkən, küçədə özü də bilmədən ünavnsız nalayıq söyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxnalaşaraq, onu intizama dəvət etmişlər O, əməlindən peşmandır. Hamıdan üzr istəyir. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X1 izahat verərək, bildirmişdir ki, o, X4 ilə xidmətdə olan zaman Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində Şəxs küçədə səs küy saldığını, ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Onlar Cəbrayıla yaxnlaşaraq intizama dəvət etsələr də, o, tabe olmamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər X4 eyniməzmunlu izahahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025ci il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan X5 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 21 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən X5 müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025ci il tarixdə saat 18 radələrində Gədəbəy şəhərində unavnsız nalayiq söyşlər söymüş, ictimai qaydanı pozmuş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış,bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 25 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 14 yanvar 2025-ci il tarixdən, saat 2110-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-18/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-18/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver