Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-180/2023 14.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin inzibati tənbehin verilməsi haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsini tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 469.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 80 manat məbləğində cərimə edilməsini qərara almışdır. X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, Gəncə Regional X11 İdarəsinin rəisi X5 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. O, Natiq Piriyevin bu qərarını ədalətsiz hesab edir. Belə ki, həmin qərarda göstərilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin pozulması aşkar olunmuşdur. Bu həqiqətə uyğun deyil. O, həmin yeməkxanada heç bir qanunsuz işlər görməmişdir. Həmin yeməkxananın sahibi isə başqa adamdır. Əgər cərimə edirdilərsə onu yox, yeməkxananın əsl sahibini cərimə etməli idilər. Bu işdə onun heç bir təqsiri yoxdur. Bir gündə onu iki dəfə əsassız yerə bir dəfə 80 manat, bir dəfə isə 130 manat cərimə edilmişdir. X10 X11 İdarəsinin rəisi və əməkdaşları bu işi dərindən araşdırmalı idi. Lakin araşdırılmadan qərar qəbul edilmişdir. Maddi vəziyyəti yaxşı deyil. Qayğıları, problemləri həddindən artıq çoxdur. Ailənin yeganə qazanc əldə edəni odur. Cəriməni ödəməyə imkanı yoxdur. Ona görə də, Gəncə Regional X11 İdarəsinin rəisi X2 bu qərarını ədalətsiz və qanunsuz hesab edir. Odur ki, hazır ki işə baxarkən bunları nəzərə alınmasını xahiş istəyir. X7 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və əlavə olaraq izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Slavynaka kəndində yaşayır. Həmin kənddə 10 ildən çoxdur ki, icarəyə çayxana işlədir. Aylıq 300 manat məbləğində icarə haqqı ödəyir. Tək gəlir yeri həmin çayxanadır. Maddi vəziyyəti aşağıdır. Odur ki, barəsində olan cərimə qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi, X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X13 Yanğın Nəzarət İdarəsinin X11 şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada xx.xx.2022-ci il tarixdə plandan kənar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizlik qaydalarının və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunun tələblərinin pozulması aşkar edilmişdir. Ona görə də, X3 barəsində İXM-nin 469.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 469.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 80 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 2000 saylı yoxlamanın aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X3 işlətdiyi yeməkxanada xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin xx.xx.2022-ci il tarixli, 2000 nömrəli aktının surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X4 məxsus kafeyə onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X1 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 469.2ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinin tərkibinin yaranması üçün şəxs tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, X3 icarə əsasında işlətdiyi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin tələbinə əməl edilməməsinə görə İXM-nin 469.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X7 İXM-in 469.1-ci maddəsi 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmmiş xx.xx.2022-ci il tarixli, 2000 nömrəli akta əsasən, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X3 icarə əsasında işlətdiyi yeməkxanaya onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X1 1.10.8, 6.1 və 9.12-ci bəndlərinin pozulması aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, fəaliyyət göstərdiyi yeməkxanada üzrə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi və fəaliyyət göstərdiyi yeməkxana üzrə sığorta müqaviləsinin olmamasını mübahisələndirmədi. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsi X3 əməlində İXM-in 469.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X13 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-180/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-180/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver