Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-181/2023 14.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbehin verilməsi haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsini tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-in 518.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 130 manat məbləğində cərimə edilməsini qərara almışdır. X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, Gəncə Regional X13 İdarəsinin rəisi X7 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 130 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. O, Natiq Piriyevin bu qərarını ədalətsiz hesab edir. Belə ki, həmin qərarda göstərilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı X1 (N° a-2001, bənd 110.8. bənd 6.1. bənd 9.12) pozulması aşkar olunmuşdur. Bu həqiqətə uyğun deyil. O, həmin yeməkxanada heç bir qanunsuz işlər görməmişdir. Həmin yeməkxananın sahibi isə başqa adamdır. Əgər cərimə edirdilərsə onu yox, yeməkxananın əsl sahibini cərimə etməli idilər. Bu işdə onun heç bir təqsiri yoxdur. Bir gündə onu iki dəfə əsassız yerə bir dəfə 130 manat, bir dəfə isə 80 manat cərimə edilmişdir. X12 X13 İdarəsinin rəisi və əməkdaşları bu işi dərindən araşdırmalı idi. Lakin araşdırılmadan qərar qəbul edilmişdir. Maddi vəziyyəti yaxşı deyil. Qayğıları, problemləri həddindən artıq çoxdur. Ailənin yeganə qazanc əldə edəni odur. Cəriməni ödəməyə imkanı yoxdur. Ona görə də, Gəncə Regional X13 İdarəsinin rəisi X4 bu qərarını ədalətsiz və qanunsuz hesab edir. Odur ki, hazır ki işə baxarkən bunları nəzərə alınmasını xahiş istəyir. X9 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və əlavə olaraq izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Slavynaka kəndində yaşayır. Həmin kənddə 10 ildən çoxdur ki, icarəyə çayxana işlədir. Aylıq 300 manat məbləğində icarə haqqı ödəyir. Tək gəlir yeri həmin çayxanadır. Maddi vəziyyəti aşağıdır. Odur ki, barəsində olan cərimə qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin etibarnamə üzrə nümayəndəsi, X16 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X15 Yanğın Nəzarət İdarəsinin X13 şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada xx.xx.2022-ci il tarixdə plandan kənar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmişdir. Ona görə də, X5 barəsində İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 130 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 2000 saylı yoxlamanın aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X5 işlətdiyi yeməkxanada xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin xx.xx.2022-ci il tarixli, 2000 nömrəli aktının surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X6 məxsus kafeyə onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X2 bəndlərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkibinin yaranması üçün şəxs tərəfindən X3 ilə müəyyən edilmiş yanğın təhlükəsizliyi standartları pozulmalı, yanğın təhlükəsizliyi normaları pozulmalı və yanğın təhlükəsizliyinin tələbləri pozulmalı və ya yerinə yetriməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 icarə əsasında işlətdiyi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yeməkxanada yanğın-texniki müayinə zamanı X1 pozulmasına görə İXM-nin 518.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X9 İXM-in 518.1-ci maddəsi 130 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmmiş xx.xx.2022-ci il tarixli, 2000 nömrəli akta əsasən, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X5 icarə əsasında işlətdiyi yeməkxanaya onun iştirakı ilə müayinə keçirilmiş, müayinə zamanı “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin və № 01-2001 nömrəli X2 1.10.8, 6.1 və 9.12-ci bəndlərinin pozulması aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, fəaliyyət göstərdiyi yeməkxanada yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi və fəaliyyət göstərdiyi kafedə X1 pozulmasını mübahisələndirmədi. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsi X5 əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X5 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X15 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh vermə haqqında 16 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-181/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-181/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver