Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-183/2023 23.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 329.1 və 334.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 329.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyata olmaqla yaşayır. Himayəsində dörd övladı vardır. Övladları yetkinlik yaşına çatmışdır. Gədəbəy rayonu, Novosaratovka kəndində fərdi əməklə məşğul olur. Sürücülük vəsiqəsi yoxdur. İşləmək məqsədi ilə 22 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndinə gəlmişdir. Həmin gün Novosaratovka kəndində spirtli içki qəbul etmişdir. Bundan sonra idarə etdiyi “Vaz 21063” markalı **-CE-*** markalı avtomobil ilə yaşadığı evə qayıdarkən o Gədəbəy rayonu, Qızıltorpaq kəndində YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşlarına spirtli içki qəbul etdiyini etiraf etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində xidmətdə olarkən “Vaz 21063” markalı **-CE-*** markalı avtomobili idarə edən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və avtomobildə konstiruksiya dəyişikliyi olduğuna görə onlar tərəfindən saxlanılmışdır. O, avtomobilə yaxılaşayaq Şəxs özünü təqdim edərək sənədləri təqdim etməsini tələb etmişdir. Sürücü tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və etibarnamə təqdim edilmiş, sonuncunun sürücülük vəsiqəsi olmamışdır. Bu zaman avtomobildən spirtli içki iyi olduğu hiss etmiş, sürücüdən spirtli içki qəbul edib-etməməsini sorşumuş və sonuncu spirtli içki qəbul etdiyini etiraf etmişdir və alkotestr vasitəsi ilə yoxlama aparılan zaman Şəxs spirtli içki qəbul etdiyini müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin YPX ispektoru X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə təhlükəsizlik kəmərini bağlamadan və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində İXM-nin 329.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 22 may 2023-cü il tarixdə, saat 18:01 radələrində sərxoş olmuşdur. İXM-nin 329.1-ci maddəsinə görə, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməli İXM-nin 329.1 və 334.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinib 500 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-183/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-183/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver