Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-185/2022 25.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 İXM-in 210.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ya həmin qərarın 5 il müddətə icra edilmədiyi üçün daha icra edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 əvvəlki məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli SNƏ/170001 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin qərarı qəbul etməsinə səbəb Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən ona məxsus aptekdə yoxla aparılması və yoxlama nəticəsində onun lisenziya olmadan aptek fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları ona məxsus aptekdə yoxlama aparmamış, onu inzibati məsuliyyətə cəlb etməmişlər. xx.xx.2022-ci il tarixdə ona məxsus pensiya kartından pul çıxarmaq üçün bankomata getmiş və pensiyasının az olmasından şübhələnərək, banka getmişdir. Həmin vaxt icra məmurunun qərarı ilə kartından pul tutulmasını ona bildirmişlər. O, həmin gün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin barəsində olan inzibati xəta haqqında qərarı ilə tanış olmuşdur. Həmin qərar nə zaman yazılmasından xəbəri yoxdur həmçinin həmin qərar ona verilməmişdir. Barəsində cərimə qərarı olmasını Gədəbəy Rayon İcra Şöbəsindən öyrənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyində araşdırma aparılarkən ondan izahat alınmamış, şahidlər dindirilməmiş, həmin materialdan xəbəri olmamışdır. Həmçinin həmin qərarın icra müddəti bitmək üzrədir. Yəni, həmin qərar 5 il müddətə icra edilməmişdir. Ona görə də barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə qərarını ləğv etməyi və ya daha icra olunmaması haqqında qərar qəbul edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada hazırki məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında seriya № 002732 nömrəli protokola əsasən, X4 tərəfindən Gədəbəy rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti faktı aşkar edildiyinə görə onun barəsində İXM-in 210.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X4 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında seriya № 002732 nömrəli protokola əsasən, X4 tərəfindən Gədəbəy rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti faktı aşkar edildiyinə görə onun barəsində İXM-in 210.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ya həmin qərarın 5 il müddətə icra edilmədiyi üçün daha icra edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eləcə də, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2022-ci il tarixdə məlumatının olduğunu və həmin tarixədək barəsində belə bir qərarın olmasından xəbərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Belə olan halda X4 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə qeyd edir ki, X4 əsassız olaraq onun barəsində İXM-in 210.1-ci maddəsi ilə protokol tərtib edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları X2 əməlində İXM-in 210.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanunla müəyyən edilmiş müddətdə qəbul edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsindən 5 il müddət keçməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Ona görə də, İXM-nin 146.1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli icra sənədi 5 il müddətində icra edilmədiyindən daha icra edilməməli və icra sənədinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli qərarı 5 il müddətində icra edilmədiyindən qərarın icrasına xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, SNƏ/170001 nömrəli qərarı 5 il müddətində icra edilmədiyindən qərarın icrasına xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-185/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-185/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver