Məhkəmə qərarları › İş №3(042)-185/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-185/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-185/2024 09.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-625/2017 saylı icra sənədinə əsasən, Şəxs 15000 manat məbləğində borc pul, ödənilmiş 135 manat dövlət rüsumunun əvəzi, nümayəndəyə çəkdiyi xərcə görə 18 manat məbləğində pul və vəkilə çəkdiyi xərcə görə 300 manat məbləğində pul, cəmi 15453 manat məbləğində pul alınıb X1 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Məhkəmə edir ki, borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq protokola əlavə edilsə də, həmin bildiriş və xəbərdarlığın borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd eləcə də, icra məmuru tərəfindən borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olubolmamasının araşdırılması barədə sübutlar inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Həmçinin Şəxs xx.xx.2024-cü il tarixli izahatında borcundan 2250 manat ödəniş etdiyini bildirmiş və hər ay 500 manat olmaqla borcundan ödəniş edəcəyinə söz vermişdir. Qeyd edilənlərə əsasən borclunun icra sənədlərinin icrasından qərəzli olaraq yayınması qənaətinə gəlinməsi mümkün deyildir. Ona görə də, materiala dərhal baxılması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar