Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-186/2023 08.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mis konsentratı üzrə nəzarətçisi vəzifəsində işləyən, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialdan görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Mis konsentratı üzrə nəzarətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 19 may 2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, O, Gədəbəy rayonu, Moruxlu kəndində yaşayır. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mis konsentratı üzrə nəzarətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin şirkətdə fəhlə vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə işə başlamışlar. Zərərçəkmiş şəxs şirkətin digər şöbəsindən öz işlədikləri şöbəyə köməkçi kimi almışdır. Zərərçəkmiş şəxs əvvəl işlədiyi şöbədə təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçilmişdir. Həmin tarixdə də, Zərərçəkmiş şəxs təhlükəsizlik texnikası qaydalarına dair gündəlik görüləcək işlər barədə təlimat verilmiş və ehtiyatlı olması tövsiyyə edilmişdir. Onların həmin zaman şirkətdə gördüklər iş mis konsentratı ilə doldurulmuş kisələrin şirkət ərazisindən daşınmasından ibarət olmuşdur. Zərərçəkmiş şəxs işə başlamazdan əvvəl xüsusi iş paltarı ilə təmin olunmuşdur. Lakin, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət almışdır. Buna səbəb isə həmin zaman qar yağması olmuşdur. Havanın qarlı olması nəzərə alınaraq iş dayandırıla və hadisənin qarşısı alına bilərdir. Ona görə də, baş vermiş həmin hadisədə özünü təqsirli bilir. Həmin zaman əmək təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət edən şəxs o olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə işlədiyi zaman bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bununla bağlı X3 ərizə daxil olmuş və təhqiqat aparılması üçün komissiya yaradılmışdır. Təhqiqat zaman müəyyən edilmişdir ki, şirkətin işçisi Zərərçəkmiş şəxs işlədiyi zaman ehtiyatsızlıqdan yük avtomobilindən yıxılaraq xəsarət almışdır. Bununla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmışdır. Prokurorluqda araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarətinin, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması müəyyən edilmişdir. Həmin işlərin icrasına nəzarəti şirkətin mis konsentratı üzrə nəzarətçisi Şəxs etmişdir. Hadisə baş verdi tarixdə hava qarlı olmuş, işə başlamazdan əvvəl qar müəyyən qədər təmizlənsə də, qar yetərincə təmizlənməmişdir. Zərərçəkmiş şəxs yıxılaraq xəsarət almasına əsas səbəb də qarın yetərincə təmizlənməməsi olmuşdur. Bu isə Şəxs nəzarətsizliyi nəticəsində baş vermişdir. Belə olan halda Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax- Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mis konsentratı üzrə nəzarətçisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə şirkətdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. İnzibati xəta üzrə iş materiallarında olan təhqiqat aktından görünür ki, "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Tikinti şöbəsinin fəhləsinin vəzifə təlimatı”nın “Əsas vəzifə öhdəlikləri” bölməsinin 20-ci bəndinin (Qarlı hava şəraitində yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması işlərini görməzdən əvvəl qət edəcəyi yolu qardan təmizləməli sonra işə davam etməli) tələblərinə əməl edilməməsi, "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Mis konsentrantı üzrə nəzarətçinin vəzifə təlimatı”nın “Əsas vəzifə öhdəlikləri” bölməsinin 13-cü bəndinin (Tabeçiliyində olan mis anbarı ərazisinin və digər ərazilərin təmiz və SƏTƏMM qaydalarına uyğun təhlükəsiz şəkildə saxlanılmasına nəzarət etməlidir) tələblərinə əməl edilməməsi və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydalarının 9.4-cü (Nəzarət və xidmət) bölməsinin 9.4.14-cü bəndinin (Krançı və kran köməkçisi, çilingər, elektromontyor, təhlükəsizlik cihazlarının sazlayıcısı, ilməkçi vəzifəsini yerinə yetirmək üçün xüsusi təhsil almış fəhlələr tətbiq oluna bilər) və 9.4.22-ci bəndinin (..,ilməkçilərə isə ixtisas komissiyasının sədrinin və Dövlət dağ-mədən texniki nəzarət Komitəsinin nümayəndəsinin imzası ilə müvafiq vəsiqələr verilir) tələblərinə əməl edilməməsi bədbəxt hadisənin səbəbləri kimi müəyyən edilmişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəhləsi Zərərçəkmiş şəxs Rafiq oğlunun ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mis konsentratı üzrə nəzarətçisi Şəxs nəzarətsizliyini və 4.3-cü bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin prezidenti X6 cavabdehliyini müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2023 saylı aktdan görünür ki, bədbəx hadisənin səbəbləri kimi təhqiqat aktının 4.1, 4.2 və 4.3-cü bəndlərində qeyd edilən hallar olması qeyd edilmiş və əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər kimi Zərərçəkmiş şəxs, Şəxs və X8 müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən arayışın surətindən görünür ki, nümayəndəliyin xx.xx.2021-ci il tarixli 22-1 nömrəli əmrinə əsasən mis konsentratının göndərişi sahəsində Şəxs yanğın təhlükəsizliyinə, Fövqaladə Hallara, əməyin mühafizəsi sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına cavabdeh şəxs təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, Nümayəndəliyin xx.xx.2021-ci il tarixli 22-1 nömrəli əmrinə əsasən mis konsentratının göndərişi sahəsində Şəxs yanğın təhlükəsizliyinə, Fövqaladə Hallara, əməyin mühafizəsi sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına cavabdeh şəxs təyin edilmişdir. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Hadisə ilə bağlı X5 Xidməti Qazax-Tovuz regional şöbəsinə müraciət edilmiş və bədbəxt hadisə ilə bağlı aparılmış təhqiqat zamanı "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Tikinti şöbəsinin fəhləsinin vəzifə təlimatı”nın “Əsas vəzifə öhdəlikləri” bölməsinin 20-ci bəndinin (Qarlı hava şəraitində yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması işlərini görməzdən əvvəl qət edəcəyi yolu qardan təmizləməli sonra işə davam etməli) tələblərinə əməl edilməməsi, "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Mis konsentrantı üzrə nəzarətçinin vəzifə təlimatı”nın “Əsas vəzifə öhdəlikləri” bölməsinin 13-cü bəndinin (Tabeçiliyində olan mis anbarı ərazisinin və digər ərazilərin təmiz və SƏTƏMM qaydalarına uyğun təhlükəsiz şəkildə saxlanılmasına nəzarət etməlidir) tələblərinə əməl edilməməsi və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydalarının 9.4-cü (Nəzarət və xidmət) bölməsinin 9.4.14-cü bəndinin (Krançı və kran köməkçisi, çilingər, elektromontyor, təhlükəsizlik cihazlarının sazlayıcısı, ilməkçi vəzifəsini yerinə yetirmək üçün xüsusi təhsil almış fəhlələr tətbiq oluna bilər) və 9.4.22-ci bəndinin (..,ilməkçilərə isə ixtisas komissiyasının sədrinin və Dövlət dağ-mədən texniki nəzarət Komitəsinin nümayəndəsinin imzası ilə müvafiq vəsiqələr verilir) tələblərinə əməl edilməməsi bədbəxt hadisənin səbəbləri kimi müəyyən edilmişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəhləsi Zərərçəkmiş şəxs ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mis konsentratı üzrə nəzarətçisi Şəxs nəzarətsizliyini və 4.3-cü bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin prezidenti X6 cavabdehliyini müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 198.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-c hissəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Məhkəmə qeyd edir ki, Şəxs qeyd edilən bədbəxt hadisə baş verərkən işçilərə nəzarəti o həyata keçirmiş, iş aparılan vaxt əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi vəzifəsi daşımışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-186/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-186/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver