Məhkəmə qərarları › İş №3(042)-187/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-187/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-187/2020 09.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü il tarixdə Gədəbəy rayonunun Samanlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayon X2 sədri vəzifəsində işləyən, Gədəbəy rayonunun Slavyankakəndində yaşayanŞəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “X1” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinin 1-ci bəndinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 6-cı maddəsinə əsasən Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsinin xx.xx.2020-cu il tarixli, 14 saylı və xx.xx.2020-ci il tarixli 15 saylı iclas protokollarını 5 gün müddətinə X3 İdarəsinə təqdim etməmişdir. Ona görə də,Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu X2 xx.xx.2020-cu il tarixli, 14 saylı və xx.xx.2020ci il tarixli 15 saylı iclas protokolu tərtib edildikdən sonra 31 iyul və 01 avqust tarixlərdə qeyri iş günləri olmuş, bundan sonra şənbə və bazar günlərində Azərpoçt MMC-nin Gədəbəy Şöbəsində problemlər olmuş, bu səbəbdən o, 5 iş günü müddətində həmin protokolları X3 İdarəsinə təqdim edə bilməmişdir. Avqust ayının 10-da protokolları Azərpoçt MMC-nin Gədəbəy Şöbəsindən Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinə göndərmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olanİnzibati xəta haqqında protokoldan görünür ki, Gədəbəy rayonu X2 xx.xx.2020-cu il tarixli, 14 saylı və xx.xx.2020-ci il tarixli 15 saylı iclas protokolu 5 gün müddətinə X3 İdarəsinə təqdim edilməmişdir. İşdə olan poçt qəbzlərinin surətlərindən görünür ki, Gədəbəy rayonu Slavyanka kənd bələdiyyəsi xx xxxxxx 2020-ci il tarixdə Şəmkir Regional Ədliyyə Şöbəsinə məktub göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “X1” qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin qanunun 5.0.1-ci maddəsinə əsasən bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu X2 xx.xx.2020-cu il tarixli, 14 saylı və xx.xx.2020-ci il tarixli 15 saylı iclas protokolları tərtib edildikdən sonra 31 iyul və 01 avqust Qurban Bayramı günləri olmuş, bununla əlaqədar 02 avqust və 03 avqust günləri də iş günü olmamış və protokollar 5 iş günü ərzində yəni xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə AR Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Yəni, Gədəbəy rayonu X2 əməlində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinin tərkib hissəsi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-cimaddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar