Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-187/2022 05.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən, Gədəbəy rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, Şəxs barəsində Gədəbəy rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, Şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(104)162/2022 saylı qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs həmin qərardan narazı qalmış və Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-306/2022 saylı qərarı ilə iş üzrə icraata xitam verilmiş, həmin qərarla Şəxs icra sənədinin icrasına maneələr törətməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasların olmaması qənaətinə gəlinmişdir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı qəbul edildikdən sonra Şəxs icra sənədinin icrasına hər hansı maneçilik törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə icra şöbəsi tərəfindən təqdim edilmiş materialları natamam hesab edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-187/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-187/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver