Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-188/2021 16.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Tovuz rayon Çatax kənd Orta məktəbində müəllim işləyən, ailəli, himayəsində üç azyaşlı uşaq olan, Tovuz rayon Çatax kəndində yaşayan, əvvəllər məhkum edilməmiş Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 21.05.2021-ci il tarixdə Gədəbəy Rayon Təhsil X1 və digər əməkdaşları nalayiq söyüşlərlə söyməsi, Şöbənin iş ahəngini pozması və şikayət ərizəsinin araşdırılmasına mane olması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 21.05.2021-ci il tarixdə həyat yoldaşı X2 barəsində olan araşdırma materialı ilə əlaqədar Gədəbəy Rayon Təhsil Şöbəsində olmuş, həmin vaxt o, şikayət ərizəsi ilə tanış olmaq istəmişdir. X4 şikayət ərizəsini ona verməmişdir. Bu zaman şikayət ərizəsinə baxmaq məqsədilə X5 almaq istəmişdir. Lakin həmin vaxt şikayət ərizəsi cırılmışdır. Hadisə zamanı o, heç kimi söyməmiş, heç kimə ucadan qışqırmamışdır. Himayəsində üç azyaşlı uşağı var. Ona görə də barəsində aparılan inzibati xəta haqqında materiala xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, 21.05.2021-ci il tarixdə X3 barəsində olan daxili araşdırma materialına əsasən Gədəbəy Rayon Təhsil Şöbəsinə dəvət edilmiş, bu zaman onun əri Şəxs onun əlində olan şikayət ərizəsini cırmış, onu və Gədəbəy Rayon Təhsil Şöbəsinin digər əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Hadisədən sonra o, hadisə barəsində Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.05.2021-ci il tarixdə Gədəbəy Rayon Təhsil X1 və digər əməkdaşları nalayiq söyüşlərlə söymüş, Şöbənin iş ahəngini pozmuş və şikayət ərizəsinin araşdırılmasına mane olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 21.05.2021-ci il tarixdə Gədəbəy Rayon Təhsil X1 və digər əməkdaşları nalayiq söyüşlərlə söymüş, Şöbənin iş ahəngini pozmuş və şikayət ərizəsinin araşdırılmasına mane olmuş, yəni, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, himayəsində üç azyaşlı uşağının olmasını, onun ali təhsilli müəllim olmasını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-188/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-188/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver