Məhkəmə qərarları › İş №3(042)-188/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-188/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-188/2022 05.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(042)-3/2022 saylı icra sənədinə əsasən, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək, iddia ərizəsində göstərilən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikilinin Şəxs və digər şəxslər tərəfindən istifadəsinə və istismarına tikilinin giriş qapısına kilid vurulub möhürlənməklə qadağa qoyulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Şəxs icra sənədini icra etmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 10 iyun 2022-ci il tarixli, 3(042)-162/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan Şəxs müdafiəçisi X4 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2022-ci il tarixli, 3(104)-306/2022 saylı qərarı ilə, Gədəbəy rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 3(042)-162/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat xitam verilmiş və Şəxs məhkəmə zalından dərhal azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2022-ci il tarixli, 3(104)-306/2022 saylı qərarında qeyd edilmişdir ki, icra zamanı mütəxəssis X3 tərəfindən müəyyən olunmuşdur ki, 64.0 kv.m olan A literli yarımçıq tikili olan ərazi elektron koordinatlarla uyğun gəlmir və başqa ərazi kimi qiymətləndirilir. İcra tədbirləri nəticəsində 11 saylı Şəmkir ərazi idarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, məktublarında koordinatlar fərqli göstərilmişdir. Göründüyü kimi X1 məxsus 205 kv.m torpaq sahəsi Gədəbəy rayonu, Qalakənd kəndində, Şəxs məxsus olan fərdi yaşayış evi isə Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşir. Şəxs isə izahatında özünə məxsus yaşayış evində yaşadığını və Oktay Əliyevə məxsus yarımçıq tikilini tutmadığını bildirmişdir. Belə olan halda, Şəxs icra sənədinin icrasına maneə törətməsi iş materialları ilə öz təsdiqini tapmamış və iş üzrə icraat xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2022-ci il tarixli, 3(104)-306/2022 saylı qanuni qüvvəyə minmiş qərarında qeyd edilmiş göstərişləri yerinə yetirilmədən icra orqanının təkrarən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi natamam xarakter daşıyır. Ona görə də, inzibati xəta haqqında iş üzrə material natamam hesab edilərək geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar