Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-188/2025 25.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimli Ülvi Şakir oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, X3 barəsində Şəmkir rayon Polis şöbəsinin (RPŞ) Dövlət X10 (DYPB) əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon Polis şöbəsinin (RPŞ) Dövlət X10 (DYPB) əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun və qərarı ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onun əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında istifadəsində olan “DAEWOO DAMAŞ YÜK” markalı **-GL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil evinin qarşısında dayanıqlı və o sükan arxasında olmadığı zaman, Şəmkir Rayon X9 X10 əməkdaşları yaxınlaşıb alkotestr cihazına üfürməsini bildirmişlər. O, həmin vaxt nə olub-olmadığını soruşmağa macal tapmamış və cihaza üfürmüşdür. Sonra polis əməkdaşları ona heçnə demədən avtomobilə oturub cərimə meydaçasına aparmışlar. Həmin vaxt Müseyib adlı şəxs ona bildirmişdir ki, “sən 0.3 promil sərxoşsan ona görə avtomobilin duracağa yerləşdirildi”. O, etiraz etmişdir ki, sükün arxasında olmamışdır və sərxoşluğu yoxdur. Ona sərxoşluğunu yoxlatdırmaq üçün Gəncə şəhərində yerləşən disponserə getməsi bildirilmişdir. O, Gəncə şəhərinə çatan zaman mesaj gəlmişdir ki, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Gəncə şəhərində yerləşən disponserdə müayinə olunmuş və xx.xx.2025-ci il tarixli 2360/2025 nömrəli sərxoşluğun müəyyən edilməsi haqqında akt əsasında sərxoşluğunun olmaması müəyyən edilmişdir. Sonra Şəmkir Rayon X9 X10 əməkdaşlarına yaxınlaşmış və xx.xx.2025-ci il tarixli 2360/2025 nömrəli sərxoşluğun müəyyən edilməsi haqqmda akt əsasında sərxoşluğunun olmaması haqqında aktı vermişdir. Bu zaman Müseyib müəllim ona, həmin aktın lazım olmadığını və hara istəsə müraciət edə biləcəyini bildirmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. X7 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, inzibati xəta hadisəsindən bir gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonunda bir bakal pivə içmişdir. O, Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən isə xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Bir gün müddətində onda spirtli içki qalması mümkün deyildir. Eləcə də, xx.xx.2025-ci il tarixdə spitli içki qəbul etməmişdir. O, alkotestr vasitəsi ilə yoxlanılmış, polis əməkdaşları tərəfindən həkim müayinəsində keçirilməmiş və ona ona bu barədə təklif olunmamışdır. O, həmin gün gedib həkim müayinəsindən keçmiş və onun sərxoş olmaması müəyyən edilmişdir. Odur ki, inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi X8 məhkəmə iclasında bildirdi ki, o, Şəmkir RPŞ-nin DYPB-də yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən “DAEWOO DAMAŞ YÜK” markalı **-GL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə onlar tərəfindən saxlanılmış, bu zaman X3 hərəkətlərindən sərxoş olması güman edilmiş və alkotestr vasitəsi ilə yoxlanılmışdır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,325 promill göstərmişdir. Bundan sonra “DAEWOO DAMAŞ YÜK” markalı **-GL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilməklə, tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. X5 alkotestrin nəticəsində narazı qaldığı təqdirdə həkim müayinəsində keçirilməsi təklif edilsə də, H.Əliyev həkim müayinəsinə getməmişdir. Bu barədə onlarda video yazı mövcuddur. X1 olmaması barədə aktı necə və hardan əldə etməsini bilmir. Odur ki, şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəmkir rayon Polis şöbəsinin (RPŞ) Dövlət X10 (DYPB) əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2360/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə alkoqol qəbul etməməsi və ayıq olması müəyyən edilmişdir. İşdə olan alkotestr (Xüsusi texniki vasitə) vasitəsi ilə aparılmış yoxlamanın nəticəsinə dair vərəqdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:02-də X3 qanda alkoqolun konsentrasiyasının 0,3 promill olması müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti nəzərdə keçirərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin madddənin qeyd hissəsinin 1-ci hissəsinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 11:02-də “DAEWOO DAMAŞ YÜK” markalı **-GL-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və işıq cihazlarından istifadə qaydalarını pozuması ilə əlaqədar yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X7 “DAEWOO DAMAŞ YÜK” markalı **-GL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən işıq cihazlarından istifadə qaydalarını pozumasına görə saxlanılmış, bu zaman polis əmədaşları tərəfindən H.Əliyevin alkoqol qəbul etməsini güman edilərək onu alkotestr vasitəsi ilə yoxlamışlar. Alkotestr (xüsusi texniki vasitə) vasitəsi ilə aparılmış yoxlamanın nəticəsinə dair vərəqə əsasən, xx.xx.2025-ci il tarixdə, saat 11:02-də X3 qanda alkoqolun konsentrasiyasının 0,3 promill olması müəyyən edilmişdir. X3 təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 2360/2025 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolunda sürücünün ayıq vəziyyətdə olması qeyd edilsə də, yol polisi əməkdaşları tərəfindən X5 alkotestr müayinəsinin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparıla biləcəyi izah edilsə də, H.Əliyev bunu istəmir, dolayısı ilə alkotestr müayinəsinin nəticəsi ilə razılaşır. Bu barədə yol polisi əməkdaşları tərəfinfən aparılmış video çəkiliş məhkəməyə təqdim edilmişdir. Ona görə də toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində X2 RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır, qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 48, 114-115, 128-130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-188/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-188/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver