Məhkəmə qərarları › İş №3(042)-189/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-189/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-189/2021 13.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2, DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin nümayəndələri X3 və X4 iştirakları ilə, X8 DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Gədəbəy Rayon Alnabat Kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Əmək müqaviləsi ilə işə götürdüyü X9 dəfələrlə işə gəlmədiyi üçün akt tərtib edilmiş və sonda onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a yarımbəndinə əsasən işdən azad etmişdir. X1 ondan şikayətlər vermiş, DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əməkdaşları onun barəsində inzibat tənbeh vermə haqqında qərar qəbul edərək, 700 manat inzibati cərimə tənbehi tətbiq etmişlər. Lakin qərarı ona təqdim etməmişlər. O, sonradan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək qərarı əldə etmişdir. İşçi iş yerində heç vaxt işləməmiş və ona əmək haqqı və məzuniyyət haqları verilməmişdir və verilməməlidir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin nümayəndəsi X10 izahat verərək, bildirmişdir ki, X5 şikayəti əsasında DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əməkdaşları Gədəbəy Rayon Alnabat Bələdiyyəsində olmuşlar. Bu zaman işçiyə son haqq-hesabın ödənilməməsi səbəbindən inzibati tənbeh vermə haqqında qərar yazılmışdır. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İşdə olan DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Aktlardan görünür ki, X9 10.01.2021-ci, 12.01.2021-ci və 15.01.2021-ci il tarixlərdə işə gəlməmişdir. İşdə olan Çıxarışdan görünür ki, X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a yarımbəndinə əsasən işdən azad etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X8 DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, işçinin son haqqhesab tələb etmək hüququ olmamışdır və işəgötürən həmin əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də şikayət təmin edilməli, DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. DƏMX-nin Şəmkir Regional Ərazi Şöbəsinin əmək müfəttişi X6 inzibati tənbeh verilmə haqqında 15.02.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar