Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-189/2024 01.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X6 iştirakı ilə, Şəxs (Bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən Şəxs MMC tərəfindən fiziki şəxs – X1, X7 və X10 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, M-FES” MMC-nin direktorudur. O, iki yük avtomobili vardır. Həmçinin onun direktoru olduğu şirkətdə həmçinin müxtəlif şəxslərin yük avtomobilləri də fəaliyyət göstərir. X15, X3, X19 ilə işlədikləri müddət üçün onların rəsmi əmək müqaviləsi olmuşdur. Həmin şəxslərdən X19 ilə (əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2024) 20 iyun 2024-cü il tarixdən, X3 ilə (əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2024) 06 iyun 2024-cü il tarixdən, X15 ilə (əmək müqaviləsinin bağlanma tarixi 01.04 2024) isə 20 may 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş və həmin şəxslər işdən azad edilmişdir. Həmin şəxslər işdən azad edildikdən sonra onların həmin əraziyə giriş-çıxış icazələrinin dayandırılmasına görə o hər hansı məsuliyyət daşımır. Portaldan giriş-çıxış xidmətlərinin tənzimlənməsi üçün onun müraciət etmək barədə hər hansı hüququ olmamışdır. Belə ki, onun müqavilə əsasında işlədiyi şirkət GMKB inşaat MMC öz növbəsində Kalyon RSY inşaat ADİ X5 Azərbaycan Respublikasındakı filialına müraciət edir. Həmin şirkət isə bu barədə Azəryol ASC-yə, Azəryol ASC isə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə müraciət edir. Hazırda həmin icazələrin ləğvi barədə müvafiq orqanlara müraciət edilmişdir. Qeyd edilən işçilərdən Babəklə əmək müqaviləsi bağlansa da, Babək ümumiyyətlə onlarla işləməmiş və Qarabağ ərazisinə keçməmişdir. Həmçinin digər işçilərlə də bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X16 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, əmək müqaviləsi olmadan fiziki şəxslərin işlərə cəlb edilməsi qeyri mümkündür. İnzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Qeyd edilən fiziki şəxslərin işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün icazələri olmuş, lakin əmək müqavilələri aşkar edilməmişdir. Ona görə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş əmək bildirişləri keçid bildirişləridir. Bildirişlər elektron sistemə əlavə edildikdə, yazılı tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında sistemə əlavə edilir. Əmək müqaviləsi olmadıqda isə həmin bildirşlərin hüquqi qüvvəsi yoxdur. İşə götürən lazımi qaydada əmək müqaviləsi bağlamamış və əmək müqaviləsinə xitam verməmişdir. Elektron informasiya sistemində əmək bildirişi əlavə edilsə də, əmək müqaviləsi bağlanmamışdır. Giriş-çıxış üçün icazə alınması əmək müqaviləsinin bağlanması deyil. İnzibati xəta haqqında materialda olan protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlara əsasınd müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınmış X4 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən və X10 xx.xx.2024-cü il tarixdən hazır ki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsin cəlb edilmiş və buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X15 ilə işə götürən Şəxs MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və Sakit Bağırov sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 200524 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, Şəxs MMC tərəfindən X15 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə işə götürən Şəxs MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İbadət Alırzayev sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 060524 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, Şəxs MMC tərəfindən X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X19 ilə işə götürən Şəxs MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və Babək Əsgərov sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 200624 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, Şəxs MMC tərəfindən X19 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan "xxxx" MMC tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, X2, X11 və X13 Füzuli, Ağdam, Cəbrayıl və Zəngilan ərazilərinə giriş üçün icazə verilmiş və həmin şəxslərin icazəsinin ləğv edilməsi üçün müvafiq şirkətə müraciət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şəxs MMC-nin əməlində ona istinad edilən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün Şəxs MMC qeyd edilən fiziki şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Şəxs MMC tərəfindən X1, X8 və X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmədə müəyyən edilmişdir ki, müvafiq qurumda qeydiyyatdan keçmiş əmək müqavilələri əsasında X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixinədək, X19 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, Şəxs MMC -də müxtəlif vəzifələrdə işləmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Protokol tərtib etmiş orqan Şəxs MMC tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişinə icazə üçün müraciət edilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan Şəxs MMC-ni inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs MMC tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi istinad edilən şəxsin izahatı alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bununla da İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəasına əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-189/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-189/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver