Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-19/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksiçilik fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır.VAZ-21074 minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 30 oktyabr 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən “Fərhad” adlanan yol hissəsində Nofil Cabbarova məxsus Niva markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət almışdır.Oraya gələn şəxslər Gədəbəy Rayon Mərkəzi xəstəxanasına zəng vurduqdan sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir.Yol nəqliyyat nəqliyyat hadisəsinin baş verməsinə səbəb Nofil Cabbarovun idarə etdiyi Niva markalı avtomobil ilə onun hərəkətdə olduğu yola çıxmış, toqquşma baş vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, olar məhkəmə iclasına əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Gədəbəy RPŞ-nin DYP Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, **-HG-*** dövlət nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən “Fərhad” adlanan yol hissəsində hərəkətdə olan zaman X1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21214” minik markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış, toqquşma baş vermiş, nəticədə X2 xəsarət almışdır. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 300 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-19/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-19/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver