Məhkəmə qərarları › İş №3(042)-19/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-19/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-19/2025 15.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakı ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 15 yanvar 2025-ci il tarixində Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(104)-1021/2021 saylı icra sənədinə əsasən, xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay sabit pul məbləğində hər uşağa görə 115 manat olmaqla, 230 manat aliment, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-218/2024 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat, iki uşaq üçün 360 manat aliment Şəxs alınaraq X2 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə ümumilikdə 1.970 (bir min doqquz yüz yetmiş) manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, o, heç bir yerdə işləmir. Aylıq 150 manat pensiya alır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-218/2024 saylı icra vərəqəsi üzrə aliment borcundan hər ay 200 manat məbləğində ödəniş edəcəyinə söz verir. Həmçinin anası pensiyasından aliment borcunun ödənilməsi üçün hər ay 100 manat məbləğində köməklik edəcəkdir. Bu barədə zərərçəkmişə şəxslə də razılıq əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 bildirdi ki, Şəxs hər iki icra sənədi üzrə aliment borcu yığılmışdır.O, aliment borcunun ödənilməsini tələb edir. Şəxs aliment borcundan hər ay 300 manat ödəniş edəcəyinə söz verir. O, Şəxs hər ay 300 manat ödəniş etməsi ilə razılaşır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istəmir. Bu barədə məhkəməyə ərizədə təqdim etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Şəxs sözügedən hər iki icra sənədi üzrə 1.970 manat borcu yaranmışdır. Şəxs hər ay hər iki icra sənədi üzrə 300 manat məbləğində ödəniş edəcəyinə söz verir və zərər çəkmiş şəxs X4 da bununla razılaşır. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs 1970 manat məbləğində pul borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs 1970 manat məbləğində aliment borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: /imza/ Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar