Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-190/2021 26.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin 10.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin rəisi, Üzeyir Atamov tərəfindən qəbul edilmiş 10.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin 10.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin rəisi, Üzeyir Atamovun onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul etmişdir. Həmin qərarda gonun 10.04.2021 -ci il tarixdə saat 10:50 radələrində Gəncə-Şəmkir şosesində yerləşən avtovağzalda olan ehtiyat hissələri mağazasının qarşısında tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozması göstərilmişdir. Bu tamamilə yalandır. O, karantin rejimi qaydalarını pozmamışdır. Onun bu işdə heç bir günahı yoxdur. Qərarı ədalətsiz hesab edir. Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Üzeyir Atamov qeyd olunan qərarı qəbul edərkən özü prosessual hüquq normalarını pozmuşdur. Barəsində cərimə qərarının olmasından 13 iyul 2021-ci il tarixdə xəbəri olmuşdur. Maddi vəziyyəti yaxşı deyil. O, qərardan narazıdır. Ona görə də qərarın ləğv edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan 10.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 10.04.2021-ci il tarixdə, saat 10:50 radələrində Gəncə-Şəmkir şosesində yerləşən avtovağzalda olan ehtiyat hissələri mağazasının qarşısında tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X3 10.04.2021-ci il tarixdə, saat 10:50 radələrində Gəncə-Şəmkir şosesində yerləşən avtovağzalda olan ehtiyat hissələri mağazasının qarşısında tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin rəisi Üzeyir Atamov onu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə etmişdir. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin 10.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X2 10.04.2021-ci il tarixdə, saat 10:50 radələrində Gəncə-Şəmkir şosesində yerləşən avtovağzalda olan ehtiyat hissələri mağazasının qarşısında tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozması göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, X3 həmin qərardan şikayət verərək həmin vaxt tibbi maskadan istifadə etdiyini bildirmişdir. X1 barəsində inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmamışdır. Belə olan halda X2 hərəkət və ya hərəkətsizliyi araşdırılmadan barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin inzibati tənbehin verilməsi haqqında 10.04.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gəncə şəhər Baş polis İdarəsinin Nizami rayon Polis bölməsinin inzibati tənbehin verilməsi haqqında 10 aprel 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-190/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-190/2021
26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver