Məhkəmə qərarları › İş №3(042)-190/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-190/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-190/2025 11.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, barəsində X6 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4-də yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 206; 510 və 535.1-ci maddələri ilə olan X6 protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 10 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206; 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş X6 protokol məhkəməyə daxil olmuşdur. Barəsində X6 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, təxminən 2 il müddətində arabir narkotik vasitələrdən istifadə etmişdir. Hazırda narkotik vasitələrdən istifadə etmir. O, əməlindən səmimi peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Amma o, heç yerdə nalayiq söyüşlər söyməmiş, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Gədəbəy RPŞ-nin əməkdaşıdır. 10 iyul 2025-ci il tarixdə Şəxs təhqiqatla əlaqədar Gədəbəy RPŞ-ə dəvət edilmişdir. O, Gədəbəy RPŞ-nin binasında əsasız çağrıldığını bildirərək, nalayiq söyüşlər söymuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyul 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi və onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin X2 göndərilməsi qərara almışdı. Həmin Qərardan görünür ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. İşdə olan 10 iyul 2025-ci il tarixli X6 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 206; 510 və 535.1-ci maddələri Şəxs barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X6 iş üzrə icraat aparılan Şəxs narkotik vasitələri şəxsi istehlak miqdarında əldə etmiş və saxlamış, yəni, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Lakin onun ictimai yerdə nalayiq söyüşlər söyməsi və ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halları müəyyən edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri olan icraata xitam verilməli, o, Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrlə olan X6 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 300 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs narkomaniyadan məcburi müalicə edilməsi üçün qərar onun yaşayış yeri üzrə Gəncə Şəhər Narkoloji Dispanserinə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar