Məhkəmə qərarları › İş №3(042)-191/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-191/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-191/2025 24.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi,“X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X4 MMC tərəfindən 49745.28 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə 02 iyun 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür.Lakin ödəniş aparıldığı gündən iki il müddətində 12636 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valuta geri qaytarılmamışdır. Ona görə də,"X4" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cİ maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərək, “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən malların 16 iyun 2023-cü il tarixdə ölkəyə idxal edildiyini, lakin gömrük bəyənaməsinin vaxtında təqdim edilmədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək, bildirmişdir ki, “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mallar 16 iyun 2023-cü il tarixdə ölkəyə idxal edilmiş və gömrük bəyənaməsi banka təqdim edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X4 MMC tərəfindən 49745.28 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə 02 iyun 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür.Lakin ödəniş aparıldığı gündən iki il müddətində 12636 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valuta geri qaytarılmamışdır Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilr. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mallar 16 iyun 2023-cü il tarixdə ölkəyə idxal edilmiş və gömrük bəyənaməsini banka təqdim edilmişdir. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, qərara aldı : İş üzrə icraata xitam verilsin, "X4" MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar