Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-193/2020 04.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonunun Mormor kəndində yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, VAZ 2101 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan ******* saylı inzibati protokol tərtib edilərək 40 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Sürücü Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın icraata qəbul edilməsinin mümkünlüyü məsələsini yoxlayaraq qeyd edir ki, hazırkı iş aidiyyət qaydaları pozulmaqla Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, inzibati xəta hadisəsi Şəmkir rayonunda baş vermişdir. Həmçinin, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhər Nizami rayon qeydiyyatında olduğu üçün işə Gədəbəy Rayon Məhkəməsində baxıla bilməz. Ona görə də inzibati xəta haqqında materiala Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında material aidiyyatı üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-193/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-193/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver