Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-193/2025 25.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X2 DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ 28422142 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli EQ 28422142 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, AR DİN BDYİ-nin xx.xx.2025ci il tarixli EQ 28422142 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə təqsirli bilinərək, 200 manat məbləğində cərimə olunmuşdur.X8 markalı **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 18.16 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndində törədilmiş, həmin nəqliyyat vasitəsinin istifadəçisi kimi sonuncu etibarnamə ona verildiyinə görə onun adına qeyd edilərək cərimə ona yazılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə avtomobili o, idarə etməmişdir.Həmin vaxt nəqliyyat vasitəsinin sahibi X5 tərəfindən idarə edilmişdir.Həmin inzibati xətayä görə o, məsuliyyət daşımdığı üçün və barəsində olan xx.xx.2025-ci il tarixli EQ 28422142 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. X8 markalı **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda sürət həddini müəyyən edən radar cihazının mövcud olmasını yol qırağında olan ağaclar məhdudlaşdırmışdır. Bu səbəbdən həmin yerdə radar olmasını görmək mümkün olmamışdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə AR DİN BDYİ-ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AR DİN BDYİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ28422142 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən 200 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçi 07 iyun 2025-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində hər hansı bir yol hərəkəti qaydasını pozmadığını bildirmiş, protokolu tərtib etmiş orqan bu halı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipi əsas götürülməklə, şikayət təmin edilməli DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 28422142 saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 28422142 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin, X4 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-193/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-193/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver