Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-194/2023 08.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu , Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Şəxs “Toyota Prado minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 346.1-ci maddəsi ilə xx.xx.2022 il tarixdə EQ 12398617 saylı elektron qərar tərtib edilərək 20 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin qənaətinə görə, Şəxs İXM-in 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-in 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixdə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın icraata qəbul edilməsinin mümkünlüyü məsələsini yoxlayaraq qeyd edir ki, hazırkı iş aidiyyət qaydaları pozulmaqla Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsi məlumatları üzrə sorğu verilən zaman məlum olmuşdur ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər İnzibati xəta haqqında iş materiallarından görünür ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta Şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonunda baş vermişdir. Ona görə də İXM-in 110.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında materiala Bakı şəhər Yasamal rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, bundan əvvəl Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən inzibat xəta haqqında material Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş, lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-2266/2023 saylı qərardadı ilə barəsində protokol tərtib edilmiş şəxs Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olduğuna və aidiyyəti üzrə düzgün verilmədiyinə görə inzibati xəta haqqında material geri qaytarılmışdır. Lakin məhkəmədə müəyyən edildi ki, Yasamal rayon Məhkəməsinin barəsində protokol tərtib edilmiş şəxs hesab etdiyi və Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatında olduğunu qeyd etdiyi şəxslə hazırda barəsində protokol tərtib edilmiş şəxsin ad, ata adı və soyadı eyni olan fəqli şəxslərdir. Barəsində protokol tərtib edilmiş şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-194/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-194/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver