Məhkəmə qərarları › İş №3(042)-195/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-195/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-195/2020 14.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, “X3” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən “X3” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN: **********) 2017-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi mineral sular və limonadlar yükünün Qazaxstan Respublikasına gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 516,60 ABŞ dolları dəyərindəki (878.27 manat, kurs: 1 ABŞ dollar = 1,7001 AZN) yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs nümayəndəsi Əhmədov Rövşən Nurəddin oğlu məhkəməyə ərizə göndərərək, bildirmişdir ki,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən “X3” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləsi barədə Gədəbəy Rayon Məhkəməsinin icraatında material var. İxrac edilmiş mallar Qazaxıstan Respublikasının kontragentinə hədiyyə verilsə də gömrük bəyannaməsi yanlış gömrük prosedura altında rəsmiləşdirmişdir. Həmçinin həmin iş üzrə inzibati məsuliyyəti cəlb etmə müddəti keçmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olaninzibati xəta haqqında protokolunun surətindən görünür ki, Şəxs (VÖEN: **********) 2017-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi “mineral sular və limonadlar” yükünün Qazaxstan Respublikasına gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 516,60 ABŞ dolları dəyərindəki (878.27 manat, kurs: 1 ABŞ dollar = 1,7001 AZN) yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs (VÖEN: **********) 2017-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi “mineral sular və limonadlar” yükünün Qazaxstan Respublikasına gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 516,60 ABŞ dolları dəyərindəki (878.27 manat, kurs: 1 ABŞ dollar = 1,7001 AZN) yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin38.1-ci maddəsinə əsasən "Şəxs" MMC 1 il müddətinə inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi həmin müddət başa çatdıqdan sonra inzibati məsuliyyətə cəlb edilmə haqqında protokol vermişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 38, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar