Məhkəmə qərarları › İş №3(042)-195/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-195/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-195/2024 01.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X7 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X14 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 qərardan şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X14 şikayətini onunla əsaslandırmışdır ki, o, M-FES” MMC-nin direktorudur. O, iki yük avtomobili vardır. Həmçinin onun direktoru olduğu şirkətdə həmçinin müxtəlif şəxslərin yük avtomobilləri də fəaliyyət göstərir. X15, X4, X18 ilə işlədikləri müddət üçün onların rəsmi əmək müqaviləsi olmuşdur. Həmin şəxslərdən X18 ilə (əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2024) 20 iyun 2024-cü il tarixdən, X4 ilə (əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2024) 06 iyun 2024-cü il tarixdən, X15 ilə (əmək müqaviləsinin bağlanma tarixi 01.04 2024) isə 20 may 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş və həmin şəxslər işdən azad edilmişdir. Həmin şəxslər işdən azad edildikdən sonra onların həmin əraziyə giriş-çıxış icazələrinin dayandırılmasına görə o hər hansı məsuliyyət daşımır. Portaldan giriş-çıxış xidmətlərinin tənzimlənməsi üçün onun müraciət etmək barədə hər hansı hüququ olmamışdır. Belə ki, onun müqavilə əsasında işlədiyi şirkət GMKB inşaat MMC öz növbəsində Kalyon RSY inşaat ADİ X6 Azərbaycan Respublikasındakı filialına müraciət edir. Həmin şirkət isə bu barədə Azəryol ASC-yə, Azəryol ASC isə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə müraciət edir. Hazırda həmin icazələrin ləğvi barədə müvafiq orqanlara müraciət edilmişdir. Qeyd edilən işçilərdən Babəklə əmək müqaviləsi bağlansa da, Babək ümumiyyətlə onlarla işləməmiş və Qarabağ ərazisinə keçməmişdir. Həmçinin digər işçilərlə də bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərardan şikayət vermiş şəxs X14 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan 01 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və 11 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlara əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınmış X5 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən və X10 xx.xx.2024-cü il tarixdən hazır ki dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsin cəlb edilmiş və buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 tərəfindən X7 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 3000 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X15 ilə işə götürən "xxxx" MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və Sakit Bağırov sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 200524 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, "xxxx" MMC tərəfindən X15 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X4 ilə işə götürən "xxxx" MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və İbadət Alırzayev sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 060524 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, "xxxx" MMC tərəfindən X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan əmək müqaviləsi bildirişindən görünür ki, X18 ilə işə götürən "xxxx" MMC-nin direktoru X14 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və Babək Əsgərov sürücü vəzifəsi üzrə işə götürülmüşdür. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli, 200624 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətində görünür ki, "xxxx" MMC tərəfindən X18 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati xəta haqqında materialda olan "xxxx" MMC tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, X3, X11 və X13 Füzuli, Ağdam, Cəbrayıl və Zəngilan ərazilərinə giriş üçün icazə verilmiş və həmin şəxslərin icazəsinin ləğv edilməsi üçün müvafiq şirkətə müraciət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X7 əməlində ona istinad edilən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün X7 qeyd edilən fiziki şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X14 tərəfindən X2, X8 və X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmədə müəyyən edilmişdir ki, müvafiq qurumda qeydiyyatdan keçmiş əmək müqavilələri əsasında X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixinədək, X18 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, "xxxx" MMC -də müxtəlif vəzifələrdə işləmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Protokol tərtib etmiş orqan X14 tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişinə icazə üçün müraciət edilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan X7 inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman X14 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi istinad edilən şəxslərin izahatı alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsi yalnız öz subyektiv mülahizələrinə əsasən X7 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar