Məhkəmə qərarları › İş №3(042)-196/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-196/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-196/2023 12.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə , Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Qoşqar Məmmədtağıyev tərəfindən X4 və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 10 may 2023-cü il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin X3 göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Qoşqar X1 və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 10 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının barəsində protokol tərtib edilmiş şəxsə verilməsini təsdiq edən heç bir sübut, eyni zamanda Şəxs həmin qərardan şikayət vermək hüququndan istifadə etmək üçün vaxt verilməsini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 211, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İXM-in 43.2-cü maddəsinə əsasən, Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi, AR İXM-in 157-ci maddəsi ilə materiallar Gədəbəy rayon Məhkəməsinə göndərilərkən protokol tərtib etməyə səlahiyyəti müəyyən edilmiş Gədəbəy rayon Polis Şöbəsi tərəfindən barəsində icraat aparılan şəxs haqqında maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbehin verilməsinin qeyrimümkünlüyü qərardadla əsaslandırılmalıdır. Əgər materiallarda şəxs barəsində həbs inzibati tənbehin tətbiqi zəruriliyi aşkara çıxarsa, bu halda toplanmış materiallar məhkəməyə göndərilməlidir. Lakin, Gədəbəy rayon Polis Şöbəsi barəsində icraat aparılan şəxs haqqında həbs inzibati tənbehin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsini qərardadında əsaslandırmamışdır. Belə bir qənaət “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadda (“işə baxılmasının səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmamasını əsaslandıran hallar” hissəsində) göstərilməli idi. İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində verilmiş sorğu nətcəsində məlum olmuşdur ki, Şəxs ikinci qrup əlildir. Şəxsin ikinci qrup əlil olması onun orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına bərabər tutulan hal kimi nəzərə alınır, materiala Şəxs əlillik dərəcəsi ilə bağlı digər sübutlar əlavə edilməmişdir. Belə olan halda isə Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzər tutulmuş daha ağır inzibati tənbehin, yəni inzibati həbsin tətbiqinə əsaslı sübutlar yoxdur. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar