Məhkəmə qərarları › İş №3(042)-196/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-196/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-196/2024 01.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsini tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 327.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 40 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində İXM-nin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan “VAZ 21144” markalı, **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 05 iyul 2024-cü il tarixdə Bakı-Qazax yolunun 52- ci kilometrliyində hərəkətdə olarkən ondan qabaqda hərəkətdə olan nəqliyyat vasitəsi qəfildən tormoz vermiş, o da qəzanın qarşısını almaq üçün sol tərəfə hərəkət zolağına çıxmışdır. Həmin vaxtda qarşıda dayanan YPX-yə məxsus nəqliyyat vasitəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə onun barəsində elektron qərar qəbul edilmiş və İXM-in 327.1 -ci maddəsi ilə (yol nişanlarının tələblərinə riayət edilməməsinə görə) 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, YPX əməkdaşı onun həmin vaxt saxlatmış, o yol nəqliyyat hadisəsində yayınmaq üçün sol hərəkət zolağına məcbur çıxamlı olduğunu bildirmişdir. YPX əməkdaşı isə ona heç bir problem olmadığını bildirmişdir. Buna baxmayaraq DİN BDYPİ X3 vasitəsilə barəsində məlum qərar qəbul edilmişdir. Yəni onun əməlində İXM-in 327.1-ci maddəsində nətərdə tutulmuş inzibati xəta əməlinin əlamətləri olsa belə, bunu son zərurət vəziyyətində törətmişdir. Bu halı təsdiq etmək üçün fotoşəkilləri şikayətə əlavə edir. Belə olan halda hesab edir ki, barəsində olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar əsassız olduğundan ləğv edilməlidir. Qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 40 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin İİİ bəndinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Qərardan şikayət vermiş şəxs X1 İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qeyd edilən inzibati xətanı törətməsini təkzib etməmiş, hadisəni son zərurət vəziyyətində törətdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının qanuna əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olmalıdır. Lakin qərardan şikayət vermiş şəxs eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi ilə arasında sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını alması üçün kifayət qədər ara məsafə saxlayıb-saxlamaması və inzibati xətanı son zərurət vəziyyətində törətməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmçinin barəsində inzibati xəta haqqında icraata aparılan şəxs qarşısına maneə çıxan zaman əyləcə basaraq avtomobili dayandırmadan avtomobil yolunun sol hərəkət zolağına çıxmış və bununla yol hərəkəti haqqında qanunun tələblərinin pozulması ilə nəticələnmişdir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs da izahatında da bunu təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi X2 əməlində İXM-in 327.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti təmin edilməməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X2 barəsində olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar