Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-197/2020 22.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayon Sarıköynək kəndində yaşayan, əvvəllər məhkum edilmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndində ucadan ünvansız nalayiq söyüşlər söyməsi və X2 təhqir etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndi ərazisində onun qoruduğu otlaq sahəsində X1 heyvanlarının otlamasını görmüş və bu zaman kəndin mərkəzində X2 təhqir etmiş və uca səslə söyüş söymüşdür. O, əvvəllər də həmin otlaq sahəsi üçün qonşuları ilə dava etmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və o, məhkum edilmişdir. Etdiyi əməldən peşman deyil. Həmin ərazi ona məxsusdur və otlaq sahəsində digər heyvanların otlamasına imkan verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndi ərazisində qoruduğu otlaq sahəsində onun heyvanlarının otlamasını görmüş və bu zaman kəndin mərkəzində onu təhqir etmiş və uca səslə ony söymüşdür. Bundan sonra o, əraziyə polis əməkdaşlarını dəvət etmişdir. Ona görə də barəsində iş üzrə icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndi ərazisində qoruduğu otlaq sahəsində X1 heyvanlarının otlamasını görmüş və bu zaman kəndin mərkəzində X2 təhqir etmiş və uca səslə onu söymüşdür. Polis əməkdaşları əraziyə gəldikdə Şəxs polis əməkdaşlarına da söyüşlər söymüşdür. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndində ucadan ünvansız nalayiq söyüşlər söymüş və X2 təhqir etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Şəxs barəsində kənd sakinləri Gədəbəy rayon İHB-nın Dəyirmandağ kənd üzrə nümayəndəliyə şikayətlər etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020ci il tarixdə saat 14:30-da tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmişin və şahidin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Sarıköynək kəndində X2 ucadan nalayiq söyüşlər söymüş, yəni, ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun məhkumluğunu, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 1430-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-197/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-197/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver