Məhkəmə qərarları › İş №3(042)-198/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-198/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-198/2021 30.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən təqdim olunmuş “Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə Hesabat”a baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 65.1-ci maddəsinə əsaəsn, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Məhkəmənin 28 iyul 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil müdafiəçi qismində təyin olunmuş və məhkəmədə iştirak etmişdir. İXM-in 66.3-cü maddəsinə əsaəsn, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən, bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir Həmin qərarın 5-ci bəndinə əsasən, bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəməyə təqdim olunmuş hesabatdan məlum olur ki, müdafiəçi məhkəmə iclasına, inzibati xəta haqqında işin materialları ilə tanış olmağa, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hüquqlarının müdafiəsinin təşkilinə 5 saat sərf etmişdir. Məhkəmə hesab edir ki, müdafiəçinin hüquqi yardım göstərməsi ilə əlaqədar haqqı dövlət büdcəsi hesabından Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsini, Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 66.3-cü maddəsini, rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən verilmiş hesabat təmin edilsin. Vəkil məhkəmədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə sərf etdiyi 5 saatın hər saatına 6 (altı) manatdan hesablanmaqla, cəmi 30 (otuz) manat Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil hesabına ödənilsin. Qərarın surəti Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil təqdim edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar