Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-199/2020 29.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X2 iştirakı ilə, X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Kapitalbankın inzibati binasının qarşısında Niva markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi avtomobili onun üzərinə sürmüşdür. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Araşdırma nəticəsində onun məlumatı öz təsdiqini tapmamış və ona 100 manat miqdarında cərimə yazılmışdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan cinayət işinin başlnmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanılmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Vəsiqədən görünür ki, X3 ümumi səbəbdən birinci qrup əlillik var. Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğindəcərimə edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, 0159071nömrəli qərarından şikayət vermiş, izahatında həmin qərarın əsassız olmasını bildirmişdir. Onda ümumi səbəbdən birinci qrup əlillik var. Onun polis orqanına olan ərizəsində göstərdikləri sübut edilmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə protokol tərtib edilmiş və o, 100 manat cərimə növündə inzibati tənbeh edilmişdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən onun bilə-bilə yalan çağırış etməsi də sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, 0159071nömrəli qərarı ləğv edilsin. X6 barəsində inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-199/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-199/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver