Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-2/2023 05.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə Azərbaycan Respublikası İXM-nin 253.3-cü maddəsi ilə olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 253.3-cü maddəsi ilə, yəni, iki ədəd ağacı kəsdiyinə görə təqsirli bilinərək, 5000 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Lakin qərar əsassızdır. O, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsində olan ağacları kartof sahəsinə kölgə saldığı üçün kəsmişdir. Yəni, qərar əsassızdır və ona görə də şikayətinin təmin edilməsi, həmin qərarın ləğv edilməsi və icraata xitam verilməsini xahiş edir. İş üzrə iki ədəd göyrüş ağacının şikayət vermiş şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekrspert tərəfindən rəyin verilməsi mümkün olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədlərlə təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki,X5 Azərbaycan Respublikası İXM-nin 253.3-cü maddəsinə əsasən 5000 manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan Gədəbəy rayonu, X3 tərəfindən verilmiş Arayışdan görünür ki, X2 öz həyətyanı torpaq sahəsində olan ağacları kəsmişdir. İşdə olan Aktdan görünür ki, X2 öz həyətyanı torpaq sahəsində olan ağacları kəsmişdir. Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsinə əsaəsn su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 75.0-75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.1.-53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X2 həmin ağacların özünə məxsus həyətyanı torpaq sahəsində bitdiyini və kənd təsərrüfatı ilə məşğul olmasına maneə yaratdığı üçün kəsdiyini bildirmiş, qərarı qəbul etmiş orqan ağacların X1 mülkiyyətuində olan torpaq sahəsində yerləşmədiyini sübut etməmişdir. Məhkəmə nəzərə alır ki, təqsirsizlik prezumpsiyası prinsipinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alıaraq və Azərbaycan Respublikası İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-2/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-2/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver