Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-2/2024 07.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 qərardan şikayət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 3(042)-281/2023 saylı qərarına əsasən, X2 şikayətinin təmin edilməməsi qərar alınmışdır. X4 tərəfindən Gədəbəy rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 3(042)- 281/2023 saylı qərarından apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-666/2023 saylı qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(042)- 281/2023 saylı qərarının ləğv edilməsi, iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərar alınmışdır. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonunun Qoşabulaq kəndində yaşayır. Qoşabulaq kəndində yerləşən yaşadıqları evə kəndin yaxınlığında yerləşən meşə ərazisindən təxmini 20 ildən çoxdur ki, çəkdikləri sudan istifadə edirlər. Demək olar ki Qoşabulaq kəndində yaşayan kənd sakinlərinin 90 faizi həmin meşə ərazisindən çəkilmiş sudan istifadə edirlər. Lakin, buna baxmayaraq bir nəfər şəxsin şikayəti əsasında təkcə ona cərimə yazılmışdır. Bu da onu göstərir ki Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi onlara qərəzli olaraq cərimə yazmışdır. Bundan başqa Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən o çağırılmamış, onun izahatı alınmamış, iştirakı olmadan protokol tərtib edilmişdir. Bununlada İXM-nin tələbləri pozulmuşdur. Həmçinin həmin çəkilmiş su xəttinin sökülməsi ilə bağlı ona hər hansı göstəriş verilməmiş, bununla bağlı ona hər hansı rəsmi sənəd və ya qərar təqdim edilməmişdir. Həmin su xəttinin onlar tərəfindən qanunsuz olaraq çəkilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən heç cür əsaslandırılmamışdır. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 barəsində həmkəndlisi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayət daxil olmuş, həmin əraziyə baxış keçirilmiş və meşə fondu ərazisindən icazəsiz çəkilmiş su xəttinin sökülməsi ilə bağlı məcburi göstəriş verilmişdir. X4 məcburi göstərişi icra etməmiş, bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən, akt tərtib edilərkən o iştirak etməmişdir. Odur ki, şikayətin təmin edilməməsini və inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan 23 iyun 2023-cü il tarixli, MN1762215 saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Gədəbəy rayonu Qoşabulaq kənd sakini X4 tərəfindən meşə fondu ərazisində icazəsiz çəkdiyi su xəttinin sökülməsi ilə bağlı verilmiş məcburi göstərişin tələblərinə əməl edilməməsi, bununla da İXM-in 541-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuşdur. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsinə əsasən 600 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Hüquq normasının dispozisiyasından görünür ki, bu norma ilə məsuliyyət yaranması üçün səlahiyyətli orqan tərəfindən icrası məcburi olan qanuni tələblər verilməli və ya qərarlar qəbul edilməli, bu tələb və ya qərarlar qəsdən yerinə yetirilməməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 22 may 2023-cü il tarixli, G-Mg/4123- 036 saylı məcburi göstərişdən görünür ki, həmin göstərişdə X3 icazəsiz çəkilmiş su xəttinin ləğv edilməsi, plastik boruların sökülməsi və suyun təbii axının bərpa edilməsi tapşırılsa da sonuncu tərəfindən qanunun hansı normalarının tələblərinin pozulduğu konkret olaraq göstərilməmişdir. Belə ki, məcburi göstərişdə yalnız “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında” və “Ekoloji Təhlükəsizlik haqqında” qanunun müvafiq maddələrinin tələbinin rəhbər tutulduğu qeyd edilsə də, qanunun konkret maddələrinə istinad edilməmişdir və bu tələblərin nədə ifadə olunduğu aydın deyildir. Həmçinin müvafiq icra hakimiyyəti orqanının tələbi yalnız qanunun müvafiq normalarına əsaslandıqda bu tələbin qanunilindən söhbət gedə bilər. Lakin, qeyd edilən göstərişdə, eləcə də hazırki inzibati xəta haqqında iş üzrə tərtib edilmiş protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda səlahiyyətli orqan Rəhman Salmanova münasibətdə göstəriş verərəkən bu göstərişin qanunun hansı normalarının tələbindən irəli gəldiyini əsaslandırmamış, hər hansı normaya istinad etməmişdir. Bundan başqa, iş materiallarından ümumiyyətlə 2 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 may 2023-cü il tarixli, G-Mg/4123-036 saylı məcburi göstərişinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəhman Salmanova təqdim edilməsi görünmür. Hər bir halda bu göstərişin Rəhman Salmanova təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Halbuki həmin halın müəyyən edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəhman Salmanovun əməlinə hüquqi qiymət verilməsinə birbaşa təsir edir. İş materiallarından həmçinin görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəhman Salmanovun iştirakı təmin edilməmiş və izahatı alınmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-2/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-2/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver