Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-2/2025 31.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Gədəbəy rayonu, Dəyirmandağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-283/2024 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan zərərçəkmiş şəxs Şahid tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-626/2024 saylı qərarı ilə, apellyasiya şikayətinin təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(042)-283/2024 saylı qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(104)-2340/2023 saylı icra vərəqəsinə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ya sabit pul məbləğində hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Şahid ödənilməsi və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-659/2024 saylı icra vərəqəsinə əsasən, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2340/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 190 manat miqdarında müəyyən edilməsi barədə icra sənədləri üzrə 2.920 (iki min doqquz yüz iyirmi) manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, icra sənədi üzrə ödənişlər edir. Günlük 20 manata icarəyə avtomobil götürməklə Bakı şəhərində taksilik fəaliyyəti ilə məşğul olur. Aliment öhdəliyindən aylıq 400 manat olmaqla hər ay ödəniş edir. O, əməliyyat olunmuşdur. Buna görə də, işləyə bilməmiş və aliment borcu yığılmışdır. İşə başlayıb yığılan aliment borcunu ödəyəcəkdir. Yığılmış borcunu hissə-hissə ödəyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs 2.920 (iki min doqquz yüz iyirmi) manat borcunu tələbkara ödəməmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Borclu aliment borcundan qismən ödənişlər etsə də, hazırda borclunun 2.920 (iki min doqquz yüz iyirmi) manat aliment borcu yığılmışdır. Borclu aliment borcunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödənişlər edəcəyinə söz versə də, aliment borcunun hissə-hissə ödənilməsinə dair tərəflər arasında hər-hansı bir razılıq yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Aliment öhdəliyini icra etməyən Şəxs bunu maddi vəziyyəti ilə izah edir. Məhkəmə hesab edir ki, uşaqlarının saxlanması üçün aliment borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 10 (on) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Şəxs barəsində olan inzibati xəta haqqında iş məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olsa da, işə daxil olduğu gün baxılması mümkün olmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə inzibati iş üzrə işin baxılması xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Həmin tarixdə Şəxs məhkəmə iclasına gəlmədiyindən Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında iştirakını məcburi hesab edib onun gətirilməsi barədə həmin tarixdə qərardad qəbul edərək icraatı dayandırmışdır. Şəxs xx.xx.2025-ci il tarixində məhkəməyə gətirildiyindən həmin tarixdə icraat təzələnərək işə baxılması həmin tarixə təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 11:00-dan hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-2/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-2/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver