Məhkəmə qərarları › İş №3(042)-20/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-20/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-20/2021 27.01.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində xx.xx.2020-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, atasının təklülə ov tüfəngi olmuşdur. Atasının vəfatından sonra o, həmin silahı saxlamışdır. Lakin həmin silahın saxlanılması üçün xüsusi icazəsi olmamış,sənədləşdirilmə aparılmamışdır. Qardaşı ilə aralarında münasibətləri pisləşdiyi üçün qardaşı polisə müraciət etmiş və polis əməkdaşları evə baxış keçirdikdən sonra silahı götürmüşlər. Etdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, Şəxs məxsus torpaq sahəsindən salafan torbaya bükülmüş qudaq, lülə və riçaq hissəsində “A14996” yazısı olan tüfəngəbənzər əşya götürülərək qablaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahat verərərək, göstərmişdir ki, həmin silah ona atasından miras qalmış, onu sənədləşdirməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını və iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, “A14996” yazısı olan tüfəng müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, “A14996” yazısı olan tüfəng müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar