Məhkəmə qərarları › İş №3(042)-20/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-20/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-20/2024 26.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonu, Qarabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, Qarabulaq kəndində qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan aydın olur ki, Şəxs yerdən daş parçası götürüb, X4 məxsus Lexus RX 300 markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurması nəticəsi Mayıs Əsgərova 1200 manat maddi ziyan vurmuşdur. Gədəbəy rayon Polis şöbəsinin müstəntiqi, polis kapitanı X2 14 noyabr 2023cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs İXM-nin 232- 1-ci maddəsi ilə inzibati məsuliyyət cəlb olunması qərar alınmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs ona məxsus ərazidə heyvan otarır. İt üstdə mübahisələri düşmüş, Şəxs onu və ona məxsus avtomobili daşla vurmuşdur. Avtomobilinə ciddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini istəyir. Şəxs şikayətçidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin müstəntiqi, polis kapitanı X2 14 noyabr 2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş ziyan aktından görünür ki, Lexus RX 300 markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1200 manat məbləğində ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Şəxs X4 məxsus Lexus RX 300 markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəsdən zədələməklə sonuncuya 1200 manat məbləğində ziyan vurmuşdur. Bu iş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ziyan aktı və zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiqini tapır. Həmçinin zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu və ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını, zərərçəkmiş şəxsin ifadələrini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, vurulmuş ziyanın bir misli məbləğdə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o vurulmuş ziyanın bir misli məbləğdə - 1200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar