Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-200/2021 30.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 və zərərçəkmiş şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakları ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, satıcı işləyən, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, X6 Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs 3709.5 manat pul alınaraq, "xxxx" QSC-ə verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra Şöbəsinə dəvət edilməsinə baxmayaraq, gəlməkdən imtina etmişdir. Bundan sonra borclu barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları vasitəsilə 30 iyul 2021-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəmək istəyir. Bununla əlaqədar "xxxx" QSC-ə müraciət etmiş və borcunu hissə-hissə ödəmək istədiyini bildirmişdir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, X6 Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan 3709.5 manat pul alınaraq, "xxxx" QSC-ə verilməlidir. Borcundan 500 manat ödəniş etmiş, qalan borcunu isə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icrasına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 eyniməzmunlu izahat verərək, borcluya daha yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, "xxxx" QSC-nin nümayəndəsi X5 izahat verərək, bildirmişdir ki, X6 Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs 3709.5 manat pul alınaraq, "xxxx" QSC-ə verilməlidir. Borclu borcundan hazırki tarixədək cəmi, 500 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. İşdə olan sənədlərdən görünür ki, İlyazov X1 Rayon Məhkəməsinin 24 avqust 2020ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində məcburi gətirilmə tətbiq edilmiş və axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu İlyazov X1 Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş X6 Məhkəməsi tərəfindən verilmiş 06.08.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, ödəniş etməsini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 30 iyul 2021-ci il tarixdən, saat 1700-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-200/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-200/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver