Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-200/2022 15.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy RPŞ-nin inzibati binasında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək polis şöbəsinin iş rejimini və ictimai qaydanı pozması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin bir neçə ay əvvəl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Aparılan təhqiqatla əlaqədar polis şöbəsinə çağırılmış, polis şöbəsinin inzibati binasında söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-də növbətçi köməkçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən aparılan təhqiqatla bağlı şöbəyə çağırılmış Gədəbəy rayonu, Çanaqçı kənd sakini Şəxs şöbənin inzibati binasının 3-cü mərtəbəsində sərxoş vəziyyətdə “məni nahaqdan polis şöbəsinə çağırıblar” demiş və uca səslə nalayiq söyüşlər söymüşdür. O və CAB-nin əməliyyat müvəkkili Vüsal Yusifzadə Şəxs nizam-intizama dəvət etsələr də, o söyüşlərini davam etdirərək təxminən, 15-20 dəqiqə müddətində şöbənin iş rejimini pozmuşdur. Eləcə də, Şəxs əvvəllərdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Kənan İsgəndərov eyniməzmunlu izahat verdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy RPŞ-nin inzibati binasında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək polis şöbəsinin iş rejimini və ictimai qaydanı pozmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022ci il tarixdə, saat 16:30 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Məmişov X1 RPŞ-nin inzibati binasında nalayiq söyüşlər söymüş, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 14 iyul 2022-ci il saat 1630-dan hesablansın. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-200/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-200/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver