Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-200/2024 25.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-635/2018 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 170 manat miqdarında müəyyən edilmişdir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Borclu axtarışa verilməklə polis vasitəsi ilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün ondan hər ay 170 manat tutularaq tələbkara ödənilməlidir. 2023-cü ilin sentyabr ayından bu yana 280 manat aliment borcundan ödəniş etmişdir. Daha sonra işi olmadığından, maddi imkan olmadığından borcundan ödəniş edə bilməmişdir. Hazırda atası, anası və qardaşı ilə birlikdə yaşayır. Onların da heç biri işləmir. Atası və anası hər biri 230 manat sosial müavinət alır. İcra şöbəsinin onu axtarışa verməsindən xəbəri olmamışdır. Heç bir yerdə işləmir. Ara-sıra fəhləlik etmişdir. Bundan əvvəldə aliment borcuna görə 3 dəfə inzibati qaydada həbs edilmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüsynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-635/2018 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 170 manat miqdarında müəyyən edilmişdir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Borclu axtarışa verilməklə polis vasitəsi ilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Bundan əvvəldə borclu aliment öhdəliyini icra etmədiyinə görə 3 dəfə inzibati qaydada həbs edilmişdir. Borclu hər dəfə həbs edildikdən sonra aliment borunu tam ödəmişdir. Borclu sonuncu dəfə 2023-cü ilin sentyabr ayında inzibati məsuliyyətə cəlb edilmişdir. Borclunun hazırki tarixə 1950 manat aliment borcu yaranmışdır. Borclu hazırki tarixə aliment borcundan 100 manat ödəniş edə biləcəyini, qalan borcunu isə iş tapacağı təqdirdə hər ay 170 manat aliment ödənişini, 30 manat isə yığılmış aliment borcundan ödəyə biləcəyini bildirmiş, lakin bunun bağlı ona dəqiq vaxt bildirə bilməmişdir. Odur ki, borclu icra sənədinin icrasından yayınır. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-635/2018 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 170 manat miqdarında müəyyən edilmişdir. Borclu bundan əvvəldə aliment borcunu icra etmədiyinə görə inzibati qaydada həbs edilmiş və həbs edildikdən sonra aliment borcunu ödəmişdir. Hər dəfə həbs edildikdən sonra aliment borcunu ödəyir. Aliment 2018-ci il tarixdən təyin edilmişdir. Borclu heç vaxt normal şəkildə aliment ödənişi etməmişdir. Borclu aliment borcunu ödəmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-869/2020 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə borclunun icra sənədini icra etməməsi barədə bildirdiklərini heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarların icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 gün müddətə inzibati həbs inzibati tənbehi təyin edilsin. Həbsdə saxlamanın əvvəli 25 iyul 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-200/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-200/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver