Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-201/2021 12.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 13 iyun 2021 -ci il tarixdə təxminən saat 19 radələrində sürücü Şəxs idarə etdiyi Mercedes Benz 180 C minik markalı, **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu sağ tərəfdən sol tərəfə keçən piyada X2 vuraraq sağ dirsək oynağının arxa səthinin sıyrılmış yarası, sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi, qançırı və ağrı halında əzikliyi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, X4 X8un keçmiş həyat yoldaşı X3 anasıdır. X8 2019-cu il tarixdə Zülfiyyə Nağıyeva ilə boşanıb həmin vaxtdan da Zülfiyyə Düzyurd kəndində valideyinlərinin yanında yaşayır. O, 13.06.2021-ci il tarixdə saat 18 radələrində Düzyurd kəndindən yaşadığı evə gəlirərkən İlhamə Nağıyevanın yaşadığı evin qarşısından keçən zaman gözləmədiyi anda İlhamə yola baxmadan yolun bir tərəfindən digər tərəfinə keçən zaman idarə etdiyi Mercedes Benz 180C markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Avtomobili saxlamağa çalışsa da avtomobilin qabaq tərəfi İlhamə Nağıyevaya dəymiş, İlhamə yerə yıxılmışdır. Sonradan yerdən qalxmışdır. Həmin vaxtı hərəkət sürəti 40 km/saat olmuşdur. İlhamə Nağıyevanı qəsdən vurmamış həmin hadisə ehtiyyatsızlıqdan baş vermişdir. İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş cinayət işinin rədd edilməsi qərarından görünür ki, 17 iyun 2021-ci il tarixli, 690 saylı rəyə əsasən məlum olmuşdur ki, X1 bədəni üzərində sağ dirsək oynağının arxa səthinin sıyrılmış yarası, sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi, qançırı və ağrı halında əzikliyi kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarət 13 iyun 2021- ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəsticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya adidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-201/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-201/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver