Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-202/2024 29.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş zrə icraat aparılan X5 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhərində,yaşayan, X5 barəsində Qida X1-X4 daxil olmuş Azərbaycan Respublikası İXM-nin 456-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 barəsində Azərbaysan Respublikasının Qida X1-X4 22 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 456-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 22 iyul 2024-cü il tarixdə Gədəbəy rayonu, Çaldaş kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 456-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Aktdan görünur ki, Şəxs tərəfindən “Turş su” ailəvi istirahət mərkəzi idarə edilir. İşdə olan Qida obyektinə baxış keçirilməsinə dair Aktdan gorunur ki “Turş su” ailəvi istirahət mərkəzində qanunvericliyə uyğun olmayan etiketsiz və markalanması olmayan sipirtli içki məhsulları aşkar edilmişdir Azərbaycan Respublikası İXM-nin 456-ci maddəsinə əsasən ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 idarə etdiyi “Turş su” istarəhət mərkəzində ev şəraitində istehsal edilmiş alkoqollu içkilər satmış və bununla da Azərbaycan Respublikası İXM-nin 456-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, X5 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 456-cı maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X5 Azərbaycan Respublikası İXM-nin 456-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 3000 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-202/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-202/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver